Əvvəlcə o, yunanıstanda keçirilən sərbəst güləş üzrə Avropa birinciliyində inamla yarışaraq altı rəqibinə qalib gəlib çempion olmuşdur.


                     
Xəzər İsayevin 1982-ci ildə Tbilisidə keçirilmiş beynəlxalq turnirdə aldığı zədə özünü göstərmişdir. O, spartakiada – 83-də uğurla çıxış edə bilməmişdir. Sonra uzun müddət ayağını müalicə etdirmiş, tezliklə formaya düşmək və xalça üzərinə çıxmaq arzusu ilə yaşamışdır.
1985-ci ildə o, yenə də Tbilisi turnirində çıxış etmişdir. Burada artıq Xəzərlə rəqabət aparmaq çətin olmuşdur. Bakılı atletin ustalığı gümüş medalla qiymətləndirilmişdir.
Lakin İsayev əsas müvəffəqiyyətləri bu il qazanmışdır. Əvvəlcə o, yunanıstanda keçirilən sərbəst güləş üzrə Avropa birinciliyində inamla yarışaraq altı rəqibinə qalib gəlib çempion olmuşdur. Sonra isə bu mükafata SSRİ çempionatının qızıl medalını da əlavə etmişdir.
Olimpiadanın vətənində çempion oldu. SSRİ yığma komandasının debütantı Xəzər İsayev (62 kq-dək) Olimpiadanın vətənində keçirilən sərbəst güləş üzrə Avropa birinciliyində çempion adı qazanmışdır (1986). Gənc idmançının bu böyük müvəffəqiyyətində onun məşqçisi Soltan Kərimovun xidməti böyükdür.
Yunanıstan paytaxtı  ətrafında, Pireydə keçirilən yarışların birinci günündən sonra sovet pəhləvanları məğlubiyyətə uğramamışdılar. SİTA müxbirinin Afinadan bildirdiyinə görə, hər iki görüşü vaxtından əvvəl başa vuranlardan biri də bakılı Xəzər İsayev olmuşdur. O, belçikalı İvon Vaaf və macar Yojef Orban üzərində iki əla qələbə qazanmışdır.
Azərbaycan pəhləvanı qələbə yürüşünü yarışların ikinci və üçüncü günlərində də davam etdirmiş və qızıl medal almışdır.
Xatırladaq ki, Xəzər İsayevdən əvvəl sərbəst güləşdə bizim pəhləvanlardan Aydın İbrahimov və Rafiq Hacıyev Avropa çempionları olmuşlar.
SSRİ və Yaponiya komandalarının görüşü Xoşməramlı oyunların güləş turnrində ən qısa görüş olmuşdur. Yalnız iki dəfə qonaqlar bütün 6 dəqiqə ərzində xalça üzərində davam gətirmiş və daha iki dəfə xalis qələbə qazanmışlar. Qalan 6 görüş sovet güləşçiləri 12 və daha çox bal üstünlük əldə etdikdə vaxtından əvvəl dayandırılmışdır.
Sonra mətbuat konfransında Yaponiya yığma komandasının baş məşqçisi Kasaxara öz yetirmələrinin zəif çıxışını izah edərkən göstərmişdir ki, komandada gənc güləşçilər çoxdur. Nəsillərin dəyişməsi isə Olimpiada – 88-ə hazırlıqla əlaqədardır. 
Həmin gün Xəzər İsayev Takum Adati ilə görüşmüşdür. Yəqin ki. bakılı daha yaxşı fənd işlətsəydi. Vaxtından əvvəl qələbə qazana bilərdi. O isə bir bal belə uduzmadan 8 qələbə balı toplamışdır.
SSRİ yığma komandası ikinci matçda da 10 : 0 hesabı ilə qalib gələrək öz yarımqrupunda birirnci yeri tutmuşdur. İndi o, finalda komanda turnirində qələbə uğrunda kiminlə mübarizə aparaca¬ğını gözləməli idi. Axı, ikinci yarımqrupda Bolqarıstan və ABŞ güləşçiləri yarışların birinci günü heç-heçə ilə kifayətləndikdən sonra onlar üçün finala yol Türkiyə komamdası üzərində qələbə ilə bağlı idi.
Ümumiyyətlə, Moskvaya ən güclü tərkibdə gəlmiş Amerika komandası daha ciddi rəqib hesab olunurdu. Onun 10 gü-ləşçisindən yalnız ikisi Türkiyə atletlərinə uduzsa da, keçmiş-də görkəmli idmançılardan biri, dünya və Olimpiya oyunları çempionu, ABŞ yığma komandasının baş məşqçisi Dan Geybl bu fikirdə idi ki, bolqarlar üçün daha böyük müvəffəqiyyət qazanmaq çətin olacaqdır. Belə ki, onların Türkiyə güləşçiləri ilə rəqabəti ənənəvi olaraq prinsipial xarakter daşıyır. Lakin gənc Bolqarıstan komandası da eyni hesabla qalib gəldi. Bolqarlar amerikalılarla heç-heçə etdiklərinə və daha yaxşı texniki göstəricilərə nail olduqlarına görə finala çıxdılar.
Final matçı SSRİ yığma komandasının daha güclü olduğunu sübut etdi. On görüşdən hamısı sovet güləşçilərinin qələbəsi ilə başa çatdı. Lakin rəqabət gərgin keçdi!..
Yalnız A.Fadzayev (68 kq) ilk dəqiqədə A.Sirakovun kürəyini yerə vurdu. V.Toquzov (52 kq) böyük üstünlük qazanaraq (15 : 3) vaxtından əvvəl qalib gəldi. A.Xadartsevlə görüşdə P.Makedonov (100 kq) qeyri-fəallığa görə yarışdan çıxarıldı. Ağır çəki dərəcəsində isə D.Qobeçişvili görüşün son saniyələrində A.Atasanova qalib gəldi – 7 : 6.
X.İsayevin A.Kumbarovla görüşü də gərgin keçdi. Hakim Bolqarıstan güləşçisinə iki və sovet atletinə bir xəbərdarlıq etsə də, rəqiblər ehtiyatla güləşirdilər. Onlar hərəyə bir dəfə parter vəziyyətinə düşmüşdülər. Xəzər sonuncu dəqiqədə Kumbarovu təhlükəli vəziyyətə salaraq daha iki bal qazandı. Bu isə bakılıya şəxsi turni¬rin finalına çıxmaq imkanı verdi.
İvan Yarıgin, SSRİ yığma komandasının baş məşqçisi: - Xəzər İsayev hələ gəncdir. Əslində o, SSRİ yığma komandasında bir əvvəl möhkəmlənmiş və Avropa çempionatında uğurla çıxış edərək qı¬zıl medal qazanmışdır. Onun rəqibi təcrübəli idmançıdır. Məsələn, ötən il o, bizim V.Alekseyevə qalib gəlmişdir. Ona görə də bu görüşün gərgin keçməsi təbiidir. Rəqiblər bir-birinə layiqdirlər.
…Budur, güləş marafonunun sonuncu günü gəlib çatdı. Şəxsi yarışların finalını sovet komandasının dünyanın yığma komandası ilə görüşü kimi qiymətləndirmək olardı. On sovet atleti ilə qızıl medallar uğrunda 6 amerikalı, 3 bolqar və 1 türk mübarizə aparırdı.
(Ardı gələn yazımızda, deyəsən yoruldum!)
İdman nailiyyətləri:
• 1985 — SSRİ Kuboku (Bakı)- I yer;
• 1986 — SSRİ çempionatı (Vladiqafqaz)- I yer;
• Avropa çempionatı (Saloniki, Yunanıstan)- I yer;
• Dünya çempionu (Budapeşt, Macarıstan)- I yer;
• Xoşməramlı oyunlar, komanda tərkibində — I yer, (şəxsi çıxış — II yer);
• 1987 — SSRİ çempionatı — I yer;
• Avropa çempionatı (Bolqarıstan) — I yer;
• Dünya Kuboku (ABŞ) — I yer;
• 1991 — SSRİ Kuboku (Suxumi, Gürcüstan) — I yer.
Dilqəm Quliyev

Oxunub: 201
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az