Dünən həyatının mənası idim, Bu gün nə dəyişdi, nə baş verdi bəs?!




Məhbus bir qızıyam mən bu sevginin
Sən məni sevirdin dünənə qədər,
İndi nə olub ki, kənar gəzirsən?!
Nə intizar vardı, nə də ki kədər, 
Amma ürəyimi indi əzirsən. 
Dünən həyatının mənası idim,
Bu gün nə dəyişdi, nə baş verdi bəs?!
Axı deyirdi ki, sənsən ümidim, 
Mənim ürəyimdən qopub gələn səs. 
Biz ki xoşbəxt idik, hamıdan xoşbəxt, 
Bəs niyə qəlbindən silindi izim?!
Gücünü toplayıb deyərsən bir vaxt: 
"Sənə neyləmişdim, mənim əzizim?!"
Qəlbimi gül bilib kimə göndərim?!
Sənə, ya torpağa, buyur özün seç. 
Qəlbini üzmürmü xatirələrim, 
Səni incitmirmi göz yaşlarım heç?!
Getdin bircə kəlmə açıb demədin, 
Nəyədir acığın, nəyədir kinin?!
Çəkib qurtaracam tale yazanı, 
Məhbus bir qızıyam mən bu sevginin.

Oxunub: 239
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az