Yazılarım........




Alxas Məmmədov.
1. Bir arzu.
Saat 05:40-da Zəngilanın Ağalı kəndinə hücum əmri verilmişdir. Əskər və zabit heyyəti bu hücuma qabaqcadan hazırlaşmışdılar. 20 dəqiqəlik artilleriya hazırlığından sonra ordu tankların köməyi ilə döyüş başlayırdı. Düşmən bu kəndi stateji mövqey kimi isteykamla möhkəmlətmişdir. Hücuma bir neçə dəqiqə qalmış Palkovnik Məmmədov Ramin, kapitan Şahmar Nəzərlini yanına çağırıb;
- Gedək, hücumdan qabaq canavarlarla bir danışaq.
Səngərdə döyüş əhval-ruhiyyəsi əla idi. Əskərlər döyüşə can atırdılar.
-Əsgərlər, palkovnikin sizə deyiləsi sözü var- kapitan Nəzərli bunu deyib kənara çəkildi.
Palkovnik;
- Salam igidlər. Bu gün çətin bir  işimiz olacaq. Hər şeyə hazır olun. Silah- sursatı yoxlayın.  Növbəti kəndi almalıyıq. Allahı uca tutub, dövlətə güvənib işimizi görməliyik. Özünüzü qoruyun. Əzizlərim, bir birinizlə halallaşın. Bilmək olmaz, yanında ki, uca zirvə sayılan Şəhid oldu. Şəhidlik hər insana qismət olmur. Əskərlər, Azəbaycan bizə inanır. Hə birdə kimin nə arzusu var desin.
Şamaxılı Raiq irəli çıxaraq:
- Cənab palkovnik, olar ?
- Hə, şamaxılı balası buyur.
- Biraz qeyri-adi xahişimiz olacaq. Hamımızın arzusudur. Qabaqcadan üzürxahlıq edəcəm.
Palkovnik maraqla:
- Hə şamaxlılar arif insandırlar, buyur.
Raiq arxaya əskər yoldaşlarına baxaraq, biraz gülümsəyərək:
- Siz Qarabağlısnız. Özüdə Şuşadan. Eşidmişik ki, yaxşı səsiniz var. Kəndi alandan sonra bizim üçün bir Qarabağ Şikəstəsi oxuyarsınızmı?
Palkovnik gülümsədi:
- Söz verirəm sənə, qələbəni əldə edək burda da oxuyaram lap sənin toyunda da ay şamaxılı balası.
Əsgərlər gülüşdü. Döyüş başladı. İldırım sürəti ilə kənd alındı. Palkovnik ciplə düşməndən alınmış səngərə yaxınlaşdı. Qələbə hamını sevindirirdi. Şəxsi heyyəti təbrik edib, Raiq tərəfə qəmli baxıb, gözlərini sildi.
Bəli, palkovnik əsgərlər  üçün oxudu. Bu oxuması hamıya təsir etmişdir. Palkovnik  oxumurdu, sanki ağlayırdı. Bəzi əsgərlərində gözləri yaşarmışdır. Hamı ona diqqətlə qulaq asırdı. Bir Raiqdən başqa. 
O, Şəhid olmuşdur.
21.10.2020

2. Azərbaycan əfsanəsi.
- Hə türk vur məni, öldür, tətiyi çək - qoca Aşot Azərbaycan əskərinin üzünə gülüb davam edirdi:
  - Öldür məni, öldür bu yazıq qocanın ailəsini. Öldür nəvələrimi, ondan sonra sən əsil qəhrəmansan, əfsanəsən.
 Əskər avtomatını ona tərəf tuşladı. Bütün tağım ona baxırdı. Əskərin barmağı avtomatın  tətiyini oynadırdı. Əskər dönüb öz dəstəsinə baxdı. Hündürboy, maskada, kamuflaj formada, silah-sursatlı xüsusi təyinatlılar belə yerində donub qalmışdılar. Heç kim ona nəsə deyə bilməzdi. Xüsusi təyinatlılar bu məsələnin sonunu gözləyirdilər.
 Öldürəcək, kəsəcək, vuracaq, axır nəsə etməlidir. Qisasını almalıdır. Haqqı var.
O, axı Xocalıdandır. Uşaqkən əsirlikdə olub. Balaca qardaşının, nənəsinin yalvarışına baxmayaraq ermənilər onları doğrayıblar. Nəslindən 8 nəfəri öldürüblər. İndi onu kim saxlaya bilər? Amma yenədə, indi isə bu qoca erməni ilə qarşıdurmada kim qalib olacaq?
Əsgər, birdən cibindən ailəvi şəkil çıxardıb, qocanın arxasında duran erməni qadınına göstərdi. Şəkildə indiki ermənilərin Xocalıda yaşadığı evlərinin şəkli idi. Xüsusi təyinatlı ( erməni dilin kurslarda öyrənmişdir ) ermənicə qadına dedi:
- Vaxtı ilə biz burda yaşayırdıq. Sizinkilər bizi burdan qovdu. Ailəmizdəndə öldürdürdülər. Biz, siz deyilik. Biz Türkük !  
Bunları deyib, dönüb qocanın yanından keçəndə :
-Qoca, dön ailənə bax. Mən, Azərbaycan əsgəri, elə əfsanənin özüyəm !
19.10.2020.

3. Qartal Gözü.
Ağdam şəhəri. Mərkəzi küçə. Saat 05:30. İki snayperimiz dağıdılmış evin zirzəmisində. 
-Əliyev, vurağda bu dığanı.
-Yox, olmaz. Görmürsən uşağdı. Mənə o, alcaq lazmdır, deyib Esvede tüfəngin qırağa qoyub, binokula harasa baxdı.
- Nolsun, 18 yaşı var. Əynidə hərbi paltar, əlində də silah.
- Bezdirmədə məni. Olmaz. Bilirsən mənə nə maraqlıdır ? O , bilir ki, biz burdayıq. Bu əskərdə lap qurbanlıq kimi yolayıblar bura. Fikir ver, dəli qoyun kimi fırlanır, ora-bura. Bilsəki 100 metirlikdəyik, lap ağlayar.
-Hə, çox maraqlıdır. Bu burda nə edir ki, səngərləri çox uzaqdadır. Gözlərinə bir bax. Yetim lap ölüb ayaq üstündə. Bunları diyəsən yedizdirmirlər.
Snayperlərimizdən təxmini 500 metirliyində, qonşu binanın pəncərəsindən, erməni snayperləridə pirimetiri yoxlayıb,  erməni əskəri tərəfə baxırdılar.
- Bunu lap yaxşı fikirləşdin Karapet. O, bu əskəri görən kimi vuracaq. 
- Görəydə. Bu türk snayperi yaman baş ağrısıdı. Bir həftəyə beş zabit vurub. Deyirlər ki, özü ağdamlıdır. Dədə-babasıda ovcu olub.
- Ara, bu əskəri hardan tapmısan. Onun bir sifətinə bax. İsa məshi haqqı təmiz uşağdı bu. Avtomat bundan yekədir.
- Hə, bilirsən bu mənim qonşum Aykanuşun oğludur. Yetimdir, anasından başqa heç kimi yoxdur. Mənə əmanət edib.
- Nə, əmanət edib ? İndi bunu ölürəcəklər. Sən nə danışırsan ?
- Ay, axmağ bura bundan başqa kim gələrdi ki ?
Bunuda aldadıb gətirmişəm. Sağ qalsa, evdə deyər ki, bir yerdə əməliyyatda olmuşuq. Ölsə özüm aparacam anasının yanına. İki haldada mən uduram.
- Nə mənada Karapet ?
- Ara, bunun anası çox cavandır. Kecməli şey deyil. Məndə dul....
Bir məqamda əskər səngəri atıb, qacır. 
- Adə, bu qorxaq, qacdı- deyib Karapet yerindən tərpəndi. Həyatda bu Karapetin son sözü və son tərpənişi oldu. Güllə düz onun alnınan dəydi.
İki saatdan sonra snayperlərimiz ikincinidə vurdular.
21.10.2020.

4. Onun göz yaşları.
Bir neçə gün idi ki, Şuşa ətrafında qızğın döyüşlər gedirdi. Xüsusi təyinatlı dəstənin tərkibində qulluq edən çavuş Tural öz qəhramanlığı ilə xüsusi seçilirdi. Döyüşün qızğın vaxtında tabeçiliyində olan əsgərlərlə müxtəlif manevr edərək düşmənin gözləmədiyi yerdən hücuma keçirdilər. Onlar həm hücuma keçir , kəşfiyyat məlumatı toplayır, artileriyanın atəşin idarə edirdilər. Şuşanın  "Turşsu' ətrafında gedən döyüşlərdə bir itki vermədən düşmənin mövqeyin ələ keçirmişdilər. "Koroğlu qayası" deyilən yerdə xüsusi ləvazimantdan istifadə edərək , Qalanın ətrafında mövqe tutmuş düşməni aldadaraq , arxasına keçərək, xeyli sayda canlı qüvvəsini məhv etmişdirlər. "Zarasılçay" çayın keçəndə əsgərlər su qablarına bu çayın suyu ilə  doldurub , Şuşada dəmləyib, çay içməy sözü vermişdirlər. Çavuş Tural , təmkinli sakit və döyüşdə ən qəddar əsgərlərdən biri idi. Döyüş vaxtı aktivliyi ilə seçilirdi. Düşməni əsir gotürmək onluq deyildir. Ama döyüşdən sonra sakit bir insan və növbəti döyüşə hazırlaşan çavuş idi. Əsgərlər ona hörmətlə yanaşırdılar. Onlar öz arasında ona "Qoca" da deyirdilər. Amma cəsarət edərək üzünə demirdilər. Əsgərlərin arasında belə bir söz gəzirdiki görəsən mülki həyatta Tural kimidir?
Şuşa alındı. Bayrağı Şuşaya  ilk  sancan Turalın tağımı oldu. Əsgərlər onun ətrafında yığışıb bayrağa baxırdılar. Birdən, Turalın gözündə əsgərlər yaş gördülər. Bu onlar üçün çox təəcüblü gəldi. Döyüşdə amansız və qəddar komandirləri , indi bayrağı görüb ağlayırdı. 
O,  əsgərlərə tərəf dönüb dedi : 
- Həyatımda , bir toyuq başı belə kəsməmişəm. Amma burada , bu şərəfsizlər məni məcbur etdilər ki, qan töküm. Özünüz görürdünüzki döyüşdə neçə amansız idim. Bunlar hamısı itirdiyim Şəhid dostlarımın qisasını almaq üçün edirdim. Haqqınızı halal edin uşaqlar. 
Cavan əsgərlərdən biri, fürsəttən istifadə edib, Turaldan  soruşdu;
- Komandir mülki həyatta nə işləmisiniz? 
Tural ona tərəf dönüb biraz gülümsəyərək, dedi;
- Adi ədəbiyyat müəllimi işləmişəm, əsgər.
Alxas Məmmədov.

Oxunub: 130
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az