Papok Madion
Tatların assimilyasiya tarixinə baxış: (Göyçay və Şamaxı qəzaları)
Şamaxı ispolkomunun məlumatlarına əsasən, qəzadakı 8 dairədən 4-də tat demək olar yoxdur. Tat kəndləri 14 olmaqla 11 820 nəfərdən təşkl olunmuşdur ki, bu da bütün qəzanın 12%-ni təşkil edir. Lakin məlumatlar özünün qeyri dəqiqliyini belə göstərir:
Bir çox türkdilli kəndlər son vaxtlara kimi tatdilli idilər( Namazgah, Avaxıl, Zəyəm, Kürdivan, Zərqəka və b.). 1926-cı ilin siyahıyalınması da 14 kənd kimi qeyd olunur və əhalisi Lahıcı nəzərə almadan qeyd edilir. Halbuki, Lahıc və ətrafı 12 000 əhalisi olmaqla bərabər artıq xaraba qalmış Şamaxıya nisbətən( 4500 nəfər) qəza şəhəri sayıla bilər. Şamaxıda yaşayan lahıcların öz sözlərinə əsasən, Şamaxı qəzasında və qonşu Göyçay qəzasında Lahıc da daxil olmaqla 32 tat kəndi vardır. Lakin kəndlərdəki əhalinin sayı haqqında dəqiq məlumat əldə etmək mümkün olmadı. Hər halda kəndlərin adlarını öyrənmək başa gəldi. Qeyd edilən əsas tat kəndləri: Lahıc, Yelqec, Zarat, Dəmirçi(Kineyə), Xeybəri, Zarat II, Deribaba,Həftəso, Hemrun, Əhən, Qarax, Voşa, Müdri, Dahar, Zəngi Mədrəsə, Mulux, Novniç, Zərnəva, Gəndov, Namazgah, Kena, Müşkamir, Divoryun, Pirqunum, Məlhəm, Qonaqkənd, Mədrəsə, Çandovur, Bığır, Velesim, Cüliyan. Bu sıralamaya daha iki kəndi əlavə edirik(A.P.Fituninin məlumatına görə): Nanıc və Gəndov II. Və həmçinin qeyd edilməlidir ki, iki Bığır və iki Cülyan(ikincisi yuxarı Cülyan) adlı kənd var. Həmçinin Bığırda 2000-dən çox insan yaşayır. Millerin “tatskiye etyudı”larında lahıclı tat Ağabala Canbaxşov Lahıc nəzərə alınmadan 14 kənd misal çəkdi ki, 20-25 il qabaq həmin kəndlərdə tatca danışırdılar. Onlardan 12-nin adı 1928-ci ildə lahıclar tərəfindən adları çəkilmişdi. Lakin bir kənd – Caduo bu siyahıda yox idi. Onların sözlərinə görə Qərsələ adlı kənddə indi türkcə danışmaları qeyd olunsa da, 20 il əvvəl tatca danışdıqları müəyyən olundu. Bu onu göstərir ki, Şamaxı qəzasında türk dilinə keçid heç də Abşerondan geri qalmayan sürətlə gedirdi. Lahıc haqqında 1886-cı il sənədlərinə əsasən burada 702 ev və 6915 nəfər yaşayırdı. Hazırda orada 912 ev və 5000 əhali var. Və bu rəqəmləri doğru qəbul etsək onda 40 ilə nəinki əhali artmır hətta azalırdı. 1000-ə qədər lahıclı Bakının Suraxanıya yaxın Bülbülə kəndində yaşayır. Həmin qəzanın daha bir böyük kəndi olan Mədrəsə 659 ev və 3120nəfər əhali yaşayır. Dini mənsubiyyətinə görə onları xristian və ya qrioqoryan(erməni) tat adlandırırlar. Fars dili lahıclara az tanışdır, lakin vaxtilə onların bir çoxu farsca öyrənirdilər. Onların öz sözlərinə görə qonşu kəndlərin ləhcəsi Lahıcdakı kimidir. Yalnız Məlhəmlilər sözləri “uzatmağa” meyillidilər. Məlhəm haqqında maraqlı olan odur ki, onlar 12-ci əsrin fars şairi Xaqanini öz kəndlərindən olduğunu unutmayıb. Əgər bu doğrudursa onda Xaqaninin tat olmağına heç şübhə qalmır. Lahıclılar Mədrəsədəki qriqoryan tatların dilini yaxşı anlamırdılar və ona türkcə “fars dili” deyirdilər. Onlar Abşeron tatlarının ləhcəsini rahat anlayır, Quba və Xızı tatlarını isə nisbətən çətinliklə başa düşürdülər.
Yuxarıda qeyd olunan tat icmalarından başqa Gəncə qəzasında 1926-cı ilin siyahıya alınmasına görə 2077 nəfər tat qeydə alınmışdır. Bununla yanaşı bu saya 1165 nəfər fars adı ilə qeyd olunanları da daxil etmək lazımdır. Keçən əsrin ortalarında (1856-cı il) müsəlman tatların Cavad qəzasında, Kür sahilində 12 kəndi qeyd olunur. Lakin sonrakı siyahılarda o kəndləri artıq türkcə danışan yəni “tatar” kimi qeyd olunduğu məlum olur. Güman ki, həmin tatlar öz milli mənsubiyyətini gizlətmək məcburiyyətində qalmışdır. Cənub-şərqdə “Mustafaxan mülkləri” adlı 15 tat kəndi vardır. Kəndlərin yerləşdiyi bölgə Qırx-Çıraq adlı məntəqədən Kür sahili boynca Əlvənd və Zərdaba qədər davam edir. Həmin tatlar maldarlıqla, əkinçilik və balıqçılıqla məşğul olurdular.
Hazırda Lahıc tatlarının yaşadığı ərazilərə Zaqatalanın Lahıc kəndini və Balakənin Məlikzadə kəndində yaşayır. Tatlar həm də Qəbələnin İmamlı, Daşca və Nohur kəndlərində də yaşayırlar.
Oxunub: 590