Satirik yazı. Müharibə evlənməkdən yaxşıdır...





Satirik yazı. Müharibə evlənməkdən yaxşıdır...
Bir dahi deyirdi ki, müharibə evlənməkdən yaxşıdır. Haqsız da demirdi ki; -müharibədə ya ölürsən, ya da sağ qalıb adam kimi yaşayırsan. Amma evlənəndə nə ölən var, nə də adam kimi yaşaya bilən. Yalan deyil, evlilik elə bir yığma-qarışıqdır ki, bir tərəfdə sevgi, o biri tərəfdə isə zibil yeşiyini niyə boşaltmamısan, sualı dayanır.
Bəlkə də həmin dahi bu sözü deməklə kimisə xəbərdar eləmək istəyirdi, amma bizim bəxti qara qəhrəman onu tam tərsinə başa düşüb. Adam elə bil təkrar müharibə veteranı vəsiqəsi almağa çalışır, özü üçün ikinci, üçüncü, kim bilir, bəlkə dördüncü dəfə evlənib.
Yəqin buna görə bu günə düşüb, ya qız qalmayıb, ya da fərli oğlan. Bir tərəfdən evlilik bazarı qara bazardanda qarışıqdır, qiymətlər oynayır, şərtlər dəyişir, adamın da başı. O biri tərəfdən də hər kəs özünü filtrdən keçirmiş şəkil kimi göstərir, amma realda insanlığ keyfiyyətli problem paketidir.
Beləcə, bizim zavallı qəhrəman da elə-belə dolaşa-dolaşa bu günə gəlib çıxıb. Müharibədə ən azı komandanın əmri olur. Evlilikdə isə əmrlər görünməzdir, amma yerinə yetirməyəndə nəticəsi çox görünən olur.

-------------------------------------------------------------------------------------------------------------

Qucaqlayıb, öpən möhnətkeşlər cəmiyyəti. Xainlərə yeni karyera yolu.
Bəzən elə bilirsən ki, ölkədə gizli bir təşkilat var. Düşməni qucaqlayıb, öpmə federasiyası.
Üzvlük pulsuzdur, amma şərti var 
- Şəhid qanını unutmalı,
-Yaltaqlığın ən yüksək səviyyəsinə qalxmalı,
- Üstünə bir az da mən dünya vətəndaşıyam və lüt gəzməliyəm. 
Bunlarda elə hiss var ki, düşmənlə qucaqlaşanda zənn edirsən ki, 30 illik həsrəti bitiriblər.
Sanki bu insanlar başqa planetdən gəliblər. Orada tarix kitablarının yerinə kim daha tez yaddan çıxarır, adlı oyun oynanılır.
Xainlik, yeni trend.
Hava kimi yayılıb. Kimdən soruşursan deyir ki;
-Yox e, mən müasirəm, barışpərvərəm.
Amma içindən bir xain səsi gəlir, bilirsən ki, xainlik sisyemi yenilənib.
Bunlar üçün düşmən qucaqlamaq elə bil diplomatik nailiyyətdir.
Elə sarılırlar ki, adam düşünür, bəlkə də düşmən çaşıb deyir:
-Qardaş, bu kimdir, mənim əsgərimdən niyə daha möhkəm qucaqlayır.
Yeni moda, milli qüruru geyim kimi soyunub atmaq.
Bir də görürsən, gözəl-göyçək gənc çıxıb düşmənlə şəkil çəkdirib paylaşıb ki;
-Biz müasir gəncliyik.
Əhsən. Müasirlik elə bil tarixsiz, kimliksiz, şəhidlərin adını eşitməyən olmaqdır.
Valideynlər gəlib deyir ki;
-Nə olsun. Cavan uşaqlardır. 
Hə, doğrudan da cavan uşaqlardır, amma elə bil bu uşaqların yaddaşı iki günlükdür.
Bəs Xocalı.Bəs Aprel, Tovuz, 44 gün..
Yoxdur. Unutmaq üçün “filtr” qoyublar.
Satqınların milli yeməyi, yaltaqlığın dolması.
Bu tayfanın beyni də elə dolmadır, içi boş görünür, amma sıxanda içindən yaltaqlıq tökülür.
Hər yerdə sülh göyərçini pozası verirlər, amma bilmirlər ki, düşmən qarşısında göyərçin olmaq adama baha başa gəlir. Bu satqınların həyat fəlsəfəsi belədir ki;
1. Qucaqlayım.
2. Öpüm.
3. Unudum.
4. Özümü modern göstərim.
5. Millət nə deyir, mənə nə.
Çünki biri var;
-Torpağı qanı ilə qoruyur.
Bir də var;
-Düşməni qucaqlayıb selfie çəkir.
Və sonra eyni havanı udub eyni masada oturmaq istəyirlər.
Bu, mümkün deyil.
Millət iki yerə bölünməyib, üzü olanlar və üzü olmayanlara bölünüb.
Sonda bir sualım var ki;
-Düşmən səni qucaqlayanda nə dəyişir?
Heç nə.
O, yenə düşməndir.
Sadəcə sən özün özünə düşmən olursan.
Nəticəm;
Xainlik gülməli deyil, amma ona qarşı satira, ən gözəl silahdır.
Bizim millət heç vaxt yaltaqlığa məğlub olmayıb, amma unutqanlığa uduzmaq təhlükəsi var.
Unutma ki, xəyanət öpüşlə başlayır, faciə susmaqla davam edir.

----------------------------------------------------------------------------------------------

Müasir çəkməçi.
Peşələr itir, dəyişir, bəzisi tarix muzeyinə verilir amma bir peşə var ki, nə süni intellekt onu yeyə bilir, nə də robotlar onu tam mənimsəyə bilər, çəkməçilik.
Süni intellekt hər şey edir şeir yazır, kod yazır, hətta dialoqa girib adamı inandırır ki, o da insandır. Amma bir cüt ayaqqabını götürüb ayağına geyinmək.Hələki mümkün deyil. Robotun topuş ayağı yoxdur ki, çəkməni taxsın.Hətta olsa belə, gərək ölçünü hardan bilə, 42 ölçü, 42.01, 42.000, robot elə bu dəqiqlikdə dava salar.
Gələcəkdə bəlkə robotlara ayaqqabı lazım olacaq, amma çəkməçinin alətləri dəyişəcək.
Əyri iynə gedəcək, yerinə ağıllı iynə 2.0 gələcək.
 Dərini ölçmək üçün metro yox, quqlu ölçü olacaq.
Çəkmənin altına mismar vurmaqdansa, “əvayfay qoşulub-düşən tapança olacaq.
Hər robot ayaqqabısının altında razetka üçün USB port olacaq.
Və ən gözəli, çəkməçinin ustalığı yenə eyni qalacaq. Çünki nə qədər texnologiya olsa da, bir ayaqqabının “uyğun gəlib-gəlməməsi” hələ də ququlun cavab verə bilmədiyi sualdır.
Müasir çəkməçi isə sakitcə işinə davam edir.
Usta, buna bir az vayfay çək, Blutuz da yaxşı olar.
Hə, bir də ayaqqabı danışsın, özü desin ki, “ayağım yorulub”.
Beləcə, peşələr gedir, gəlir, amma çəkməçi, çəkməçi qalıb. Çünki robot da olsa, insan da olsa,ayaq altında rahatlıq hər zaman lazımdır.

Alxas Məmmədov.

Oxunub: 54
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az