Şamaxlıların qədimi prikolu. “Kaktus” əhvalatı.




Satirik yazım.
(Bir əminin xahişi ilə )
- Danışmışam, kəndimizdə körpü tikəcəyik.
- Axı kəndimizdə çay yoxdur.
-Əsas odur, körpüyə pul ayrılsın, çayı sonra taparıq.
Elə bil bu dialoq hansısa yumor verilişindən götürülüb, amma təəssüf ki, bizdə belə fikir adamları real həyatda da olur. Əvvəlcə büdcədən vəsait ayırmaq, sonra isə ona uyğun problem tapmaq, yüz ilin kəşfi kimi təqdim edilir. Kənddə su yox, yol yox, işıq bəzən var, bəzən yox  amma körpü tikəcəyik. Çay yoxdur.Problem deyil. Bir az yağış yağar, sel suları gələr, ya da lazım olsa, çayı da maket kimi haradansa gətirib qoyarlar. Onsuz da vacib olan körpünün özüdür, şəkil çəkdirəndə arxa fon boş qalmasın.
Belə çıxır ki, bizdə bəzən vəziyyət belədir ki, əvvəl layihə, sonra məntiq. Əvvəl tender, sonra təbiət. Əvvəl pul, sonra çay.
Kənd camaatı da haqlı olaraq deyir ki;
- Bəlkə əvvəl bizə su çəkəsiniz ?
- Yox, suyu körpüdən keçəndən sonra çəkəcəyik. Sistemdə ardıcıllıq vacibdir.
Beləcə, çaysız kəndin çayı, körpüsüz kəndin körpüsü olur, kağız üzərində inkişaf, şəkil üçün gözəl dekor, real həyatda isə hələ də eyni problemlər.
Satiramda da elə buradan doğur da. Əgər çay yoxdursa, körpü tikənlərin fantaziyası onu yenə hardansa tapacaq. Çayı tapmasalar da… pulu tapırlar.

--------------------------------------------------------------------------------------------------------------

Eşşək fəlsəfəsi və bəzi nankorların dövrü...
(Satirik yazı)
Böyüklərimizin yanında böyüyəndə hərdən elə sözlər eşidirdik ki, indi fikirləşəndə gülməkdən də keçib, dodaqaltı “ehh” demək düşür payına. Məsələn, o məşhur əhvalatdır.
Sovet vaxtı eşşək vergisi vardı…
Hə, düz eşitmisiniz, eşşəyə vergi.
Sovet dövləti deyirdi ki, kim eşşək saxlayırsa, deməli, həyat səviyyəsi yüksəkdir. Kəndli eşşəyi ilə tarlaya gedir, su daşıyır, odun gətirir amma sovet məmurunun gözündə bu, artıq lüks sayılırdı. Nə bilim, bəlkə o məmurlar eşşəyi qızıl təkərli maşın hesab edirdi, biz hardan bilək ?
Belə olanda kənd camaatı da ağıllı çıxmışdı, 
eşşəkləri buraxırdı çölə.
Heç bir sənəd, qeydiyyat, yem xərci, vergi, heç nə vermirdi.
Eşşək azad, kəndli rahat, sovet dövləti də eşşəksiz.
Bu əhvalat mənim yadımda bir şeylə bağlanır ki, nankor insanlar yadıma düşür.
Niyə bilmirəm, hər dəfə nankor birinə rast gələndə beynim öz-özünə o sovet xatirəsinə dönür. Deyəsən, beynim məndən ağıllıdır, ortada bir paralel var ki;
- O vaxt sovet məmuru eşşəyə lüks damğası vururdu,
İndi bəzi insanlar yaxşılığa borc idi damğası vurur.
O vaxt kəndli eşşəyi buraxırdı ki, vergidən qurtulsun,
İndi adam istəyir bəzi “eşşəkdən betər” nankorları buraxsın həyatından canı qurtarsın.
Çünki elə adamlar var ki, yaxşılıq edirsən, bir stəkan su verirsən, gəlir sonda səni elə qiymətləndirir ki, adam öz-özünə soruşur ki;
- Görəsən, bunun yanında mən də ‘vergi obyekti idim.
Haqsızlıq gördükcə o köhnə sovet nağılı yenə gəlişib qapını döyür. Bəlkə də bu xatirənin yadına düşməyi elə bir işarədir ki;
- Bu da həyatın eşşək vergisidir nankorunu, haqsızını görmədən keçə bilmirsən.
Bilirəm, qəribədir. Amma bəzən elə insanlar olur ki, adam fikirləşir ki, kaş onlar da o vaxtkı eşşəklər kimi çölə buraxılaydı. Heç olmasa bir dincəlmək 
olardı…
P.S- Hə indi anladım  bunlar o çölə buraxılanların
nəslindəndir.

-------------------------------------------------------------------------------------------------------------------

Duanın istiqaməti.
Satirik yazı.
Nədənsə, adam yeyib-içəndə bircə onda Yaradanı xatırlayır. Elə bil əbədi qevvə süfrənin bir küncündə oturub, boşqabın dibindəki son tikəni gözləyir ki, bəlkə kimsə bir şükür deyə. Amma pis iş görəndə ? Yox, onda yadımıza heç nə düşmür. Elə bil beynimizdə xüsusi filtr var, yaxşı vaxt, əbədi offlayn, problem olanda,dərhal onlayn olur.
Lap xəstəlik gələn kimi o saat mələyin quzusu oluruq. Dünənə kimi adam dua etməyi xatırlamırdı, bu gün elə danışır ki, guya göy qübbəsinin baş memarı ilə birbaşa müqaviləsi var. Bir az da qalsın, xəstəlik tam keçməmiş plan tutacaq ki, bu sağalım, söz verirəm, artıq hər gün ibadət edəcəyəm. Sonra sağalan kimi ? Heç nə olmamış kimi mən hardan gəldim, hara gedirəm sualını yenə kənara atır.
Hələ o dualarımızın istiqamətsiz, koordinatsiyasız, gepeyesiz  sıradan çıxmış mesajlar kimi. Dua yollayırıq, amma ünvamı səhv salırıq. Ona görə də göydə əldə skaner duran mələk baxır ki, bu kimə göndərilib axı ? Daşa, qəbirə, köhnə çaynikə, lapatkaya. Bəhsə, ət kəsib paylamaq savad deyil bu kiminsə mədəsin doldurmaqdır. Ünvan çatışmır, göndərən də öz-özünə narazı. Sonra dua divara dəyib geri dönəndə başlayırıq şikayətlənməyə ki, ay niyə qəbul olunmur ? 
Bir də çoxunuz sədəqəni yarışa çeviribsiniz. Filankəs nəzir verib, mən də verim, yoxsa geridə qalaram. Ay qardaş, bu nə ibadətdir, nə də sevabdır, bu sadəcə sosial müqayisədir. Sədəqə ürəkdən olanda dəyər qazanır, görsünlər deyə ediləndə isə əbədi qüvvə tərəfindən maksimum
 rədd olur, cavablanmır.

------------------------------------------------------------------------------------------------------------

Şamaxlıların qədimi prikolu. “Kaktus” əhvalatı.
Sovet dövrünün özünəməxsus yumoru, insanların danışıq tərzində olan duzu, məzəsi bu gün də yaddaşlarda yaşayır. Həmin dövrün maraqlı prikollarından biri də Şamaxı camaatının “Kaktus” hekayəsidir.
Bakı şəhərində  “Kaktus” adlı məşhur bir restoran fəaliyyət göstərirmiş. Bilmirəm indi var yoxsa yoxdur. Ora həm mədəni mühitin, həm də yaxşı qonaqlı-qaralı məclislərin toplaşdığı yerlərdən sayılırmış. Restoranın daimi müştərilərindən biri isə Şamaxıdan olan ağızlı-üzlü bir kişi olur.
Kimsə ona telefon açanda və ya yolda rast gəlib soruşanda;
- Ay filankəs, hardasan ?
O da tam rahatlıqla, elə bil hamı bilir kimi cavab verirmiş ki;
- Heç e, “Kaktus”da oturmuşam.
Əslində kişi həmən restoranda daimi kefdə- damğda  olarmış.
Bu cavab artıq zarafata, prikol söhbətinə çevrilir: el arasında kimin harada oturması bilinməyəndə və ya bir az “luks” görünmək istəyəndə, adamlar gülə-gülə deyirmiş ki;
- Heç, özümə bir yer tapmışam… Kaktusda oturmuşam.
Beləcə, “Kaktusda oturmaq” ifadəsi Şamaxılılar arasında həm nostalji bir yumor, həm də sovet dövrünün şəhər həyatına bir göndərmə kimi dillərdə qalıb.

---------------------------------------------------------------------------------------------------------------------

Xaş var qaqaş...
( Qışın qanunları, səhər məclisinin mədəniyyəti )
Satirik məqalə
Qafqazın və ümumiyyətlə Şərq aləminin ən müqəddəs ritual yeməyi hansıdır ? Əlbəttə ki, xaş. Soyuq qış səhərlərinin tacı, mədəniyyət, dostluq və bəzən iy qoxusunun mərkəz nöqtəsi. Bütün bunlar bir boşqab isti xaşla başlayır. Əlbəttə, hazırlayan adam xiyar suyu qatmayıbsa, bu artıq xaşa qarşı edilən ən ağır təhqirdir.
Xaş malın ayaqlarından hazırlanır. Burada qabaq ayaq, arxa ayaq mübahisəsi aparanlar da var, amma boş şeydir. Elə bil, kiminsə ayaq ölçüsünü danışırıq. Xaşı xaş edən onun özüdür, içində başqa şeylər axtaranlar isə çox vaxt veqetaryanlar olur,  o da başa düşüləndir, insanın fikri haradadırsa, sözü də ordadır.
Hazırlanma prosesi özü ayrıca bir epopeyadır, biri ütür, biri qırxır, biri soyur. Sanki ayaq deyil, dünya diplomatların yada Messinin ayaqlarıdı. Üstünə qarın da əlavə olunduqda yeməyin statusu bir az da artır və  xaş+ premium pack.
Yemək zamanı sirkə-sarımsağın, turşuların xüsusi yeri var. Masa üzərinə təndir çörəyi və qurudulmuş suxarilər qoyulur. Xaşın alicənablığı da elə burada başlayır, səhər durmalı, kompaniya yığılmalı, nar şirəsi bəzəndə bir-iki anası ölmüş alovlu su məclisin protokol hissəsi kimi içilməlidir. Yoxsa yemək ritualı tamamlanmaz. Gülüş, zarafat, məhəllə söhbətləri, hamısı süfrənin fon-qibət musiqisidir.
Və gəldik ən vacib məsələyə.
Xaş yeyən adama alkaş demək düzdürmü ?
Bu tamamilə absurddur. Xaş yeyən, xaşavikdir, xaşcanikdir, xaşxordur, amma qətiyyən alkaş deyil. Bu iki anlayışı qarışdıran adam ya xaşın nə olduğunu bilmir, ya da həyatında heç nübar görməyib. Çünki alkaş olmaq üçün sistem lazımdır, xaş isə mərasimdir. Ritualdır. Kişi məclisidir.
Kimlər bu kateqoriyaya daxil deyil ? Ümumiyyətlə xaş yeməyənlər və səhətində problem olanlar. Helə biridə özüm amma bolluca sirkə və limanlarlar, az miqdarda yola vermək olar.  Onlar kənarda otursunlar, biz süfrə mədəniyyətinin bir növündən  danışırıq.
Əlbəttə, xaşın da bəzi yan effektləri olur;
- İy gəlmə problemi. Bəli, var. Xaşın yediyi bilinir. Bu elə bil millətin öz parfümü kimi bir şeydir.
- Çox içmə problemi. Onu da özündən asılıdır. Məclis məclisdir, amma adam da bir az özünə baxmalıdır. İki dənədir deyib altı dənə içənlər isə statistikanı pozur.
Unutmayaq, xaş qamburqer deyil ki, 3 dəqiqəyə büküb verilsin. Dönər də deyil ki, gecə 3-də küncdən tapılıb yeyilsin. Xaş öz statusu, öz vaxtı, öz adamları olan kişisayağı bir mərasimdir.
Sonda deyim ki;
- Nuş olsun! Nuşi can!
Və unutmayın, xaşı sevən nə alkaşdır, nə də boş adam. Xaş sevgisi milli kimlik, qış fəlsəfəsi və məclis əxlaqıdır.

--------------------------------------------------------------------------------------------------------------

Adı pisdi eeee, mavi ekran...
( Satirik yazı )
Bütün rollarına baxırsan, elə bil ki, aktyor yox, universal açardır, hansı qapıya soxsan, eyni  səsi gəlir. Dramada da o, komediyada da o, kriminalda da o. Sanki rejissorlar belə oturub fikirləşirlər ki, bizə yenə eyni xarakter lazımdır. Hə, götürün onu gətirin, hazır aktyordur. Kimsə bunu tapşırıb yada kimsə bunu saxlayır. Kiminsə qohumudur yada kursda bir yerdə olub.
Görünür, artıq aktyorlar ssenaridən rol almır, rol aktyorun xarakterinə uyğun yazılır. Bir az da getsə, serialın əvvəlində belə yazı çıxacaq ki;
- Obraz, kim olursa-olsun. Çünki fərqi yoxdur. Bəzən tiktokerlərimiz bunlardan yaxşı rol oynayır.
İstedad nədir ?
- Müxtəlif xarakterli, həm mənfi, həm müsbət, həm də ortadan vurub qaçan obraz yaratmaq.
Bizdə nədir ?
-Eyni obrazı 45 serialda təqdim etmək. Sadəcə saçın sol tərəfini bir az yuxarı darayırsan, hop, yeni rol !
Seriallara gəlincə… Tərifləmək ? Niyə ? Nəyinə ?
Milli mentalitet ?  Yoxdur.
Tərbiyəvi mesaj ? Tapılmadı.
Senzura ?  Senzura da bizi tərk edib rubrikasından.
Tərbiyəvi mövzu qalsın bir yana, bəzi seriallar elə bil ki, çayxana və kafenın içində çəkilir.
Eyni sözlər, eyni cümlələr, eyni dialoqlar, eyni ay qardaşlar, eyni boş danışıq.
Bir sözlə, bizim serial yox, çaynikin buxarından yaranmış uzun-uzadı kafe söhbətləri.
Hər seriyanın sonunda elə bil ki, bir nəfər durub deyir ki;
- Belə də olar da, burda nə var ki.

Alxas Məmmədov.

Oxunub: 64
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az