Alqoritmlərin, süni zəkanın, texnologiyanın istehsalçı tərəfinin əhatə dairəsi məhduddur, hamı ora sığmayacaq. - Müsahibə


Sosial şəbəkələr və ümumi olaraq kommunikasiya texnologiyalarının gələcəyi haqqında düşünərkən hiss elədim ki, artıq qəzet, radio və televizor üçün sandıq hazırlamağa doğru gedirik. Sosial medianın çeşidləndiyi, internetin həm öldürən, həm yaşadan bir silah kimi təpəmizə tuşlandığı, alqoritmlərin təfəkkürümüzə nüfuz etdiyi bir dəhlizdən keçirik. Bu nüfuzu təhsil sistemi mütləq diqqətə almalıdır. Bu gün orta məktəblərdə öyrədilən biliklərin əksini iddia edən minlərlə internet resursu var. İnternetdə çaxan şimşəklə dəyərlər sistemi pozulan milyonlarla insan var. Çox uzaqgörən biri deyiləm, amma boylana  bildiyim qədər baxanda gördüyüm odur ki, qarşıdakı illərdə uşaqların həyatda ən çox ehtiyac duyacağı iki sahə olacaq: fəlsəfə və media savadlılığı. 

Alqoritmlərin, süni zəkanın, texnologiyanın istehsalçı tərəfinin əhatə dairəsi məhduddur, hamı ora sığmayacaq. Çoxluq o alqoritmlərin, süni zəkanın hədəfində olacaq ki, onları da qoruya bilsə əgər, məktəbdə öyrəndikləri fəlsəfə və qazandıqları media savadlılığı qoruyacaq. Bu mövzular həm də ayrıca bir fənn kimi yox, bütün fənlərin içində əridilərək öyrədilərsə, lap yerinə düşəcək.

Rizvan Qənbərli.

Oxunub: 273
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az