"Adına restoran tikilən və ilk dəfə Bakıda
şalvarlı kostyumu geyinən qadın"
Azərbaycan SSR-də dəb ikonası, musiqişünas, Müslüm Maqomayevin
xalası nəvəsi və Üzeyir Hacıbəyovun qohumu olan Nərgiz Xəlilova .
Yəqin ki,çoxunuz "tarqovıy"da (Nizami küçəsi)fəvvarələr meydanında Nərgiz restoranını görmüsüz.
Bax o Nərgiz restoranı bu xanımın adına tikilib...
Ailəsi
Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb.O, avar knyazının oğlu olub. Jurnalistika təhsili var idi. 1930-cu ildə "Bakinskiy raboçiy" (Bakı fəhləsi) qəzetinin müxbiri kimi Leninqrada akkreditə edilib
və orada Nərgizin gələcək anası ilə tanış olub. Onun anası Elvira Xəlilova Belarusiyada anadan olub.Cütlük 20 il
bir yerdə yaşayıb.
Nərgiz Xəlilova Rusiyanın Leninqrad şəhərində anadan olub.Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası
ilə birlikdə atasının yaşadığı Bakıya gəldi və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşdılar.
Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin (onlar bacanaq idilər) həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi. Üzeyir Hacıbəyovu dəfn edəndə, orta məktəb şagirdi olan Nərgiz Xəlilova onu məzarı başında fəxri qarovul dəstəsində dayanmışdı.Bu kadr həttda "Üzeyir ömrü" filmində yer almışdır.
Şəxsi həyatı
Gənc yaşlarında Nərgiz Xəlilova mühəndis Məlik Axundovla tanış oldu. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Onlar bir-birilərini sevirdilər və evlənmək qərarına gəldilər.1959-cu ildə Nərgiz Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə bölməsini bitirdi və bir müddət özünün
yeni həyat yoldaşı titulunu daşımalı oldu
Bir neçə il sonra Nərgiz və Məlik ayrılmaq qərarına gəlirlər. Bunun bir neçə səbəbi vardı: xarakterlərin uyuşmazlığı, ortaq maraqların olmaması və həyat yoldaşının əsassız qısqanclıqları. Boşanandan sonra Nərgiz ata evinə qayıtdı.
O, təkcə gözəlliyi ilə deyil, həm də stili
ilə diqqəti cəlb edirdi.Müslüm Maqomayev ona xaricdən dəbə uyğun geyimlər gətirirdi. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinmişdi.
Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur.O varlı tat yəhudi- lərindən birinin oğlu və şəhərin "qızıl gəncliyi"nin lideri idi. O, Nərgizi dəlicəsinə sevirdi və onlar vətəndaş nikahında yaşayırdılar.
Moskvaya köçməsi
Daha sonra cütlük Moskvaya köçmək qərarına gəlir.Orada sevgilisi Slavik valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satır.
Əvvəlcə o tək işləyirdi. Sonra dəstə
şəklində işləməyə başladılar və valyuta
ilə qızıl alıb onu xaricə satırdılar.
Həbs olunması
Bir dəfə yerli orqanlar onları saxladılar. Bakıda onların mənzillərində olan hər şeyi müsadirə etdilər. Bakıda yerli orqanlar Nərgiz Xəlilovanın mənzilində axtarış zamanı Boris Pasternakın "Doktor Jivaqo", Anna Axmatovanın "Rekviyem", Aleksandr Soljenitsının "İlk dairədə", Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabının tapmışdılar.
Nərgiz Xəlilovanı valyuta cinayətində ittiham etmiş və səkkiz il həbs cəzasına məhkum etmişdilər.O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında və beş il Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkməli oldu. O, dəstə üzvlərinin sadəcə adını bilirdi. Amma SSRİ hakimiyyəti onu onlarla əlaqədə günahlandırdılar.
Növbəti evliliyi
Koloniyada olduğu zaman, KQB-nin müstəntiqi olan İsaak Qerşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırdı və ona gizlicə aşiq idi.Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və ona aşiq olduğunu bildirir. Ona qədər Qerşveld evli idi və iki qızı vardı.
Nərgiz Qerşveldə ərə getməyə razılıq
verir və onunla 16 il bir yerdə yaşayır.Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olunur.
Nərgiz Qerşveldlə ailə qurduqdan sonra yenidən Moskvaya köçür. Qerşveld Moskvada tipoqrafiya açır. Həbsdən çıxandan sonra onun keçmiş sevgilisi Slavik Aqaranov Nərgizə onun yanına qayıtması haqqında yalvarsa da, Nərgiz imtina edir.
İş həyatı
Nərgiz Xəlilova fəal işgüzar həyat yaşayırdı. O, həm də dünyəvi bir qadın olaraq Azərbaycan Milli İncəsənət Muzeyində çalışmış, xeyriyyə işləri görüb, Üzeyir Hacıbəyov fondunu zənginləşdirib, gənc musiqiçilərə və digər mədəniyyət xadimlərinə sərmayə qoyurdu.
1998-ci ildə Nərgiz Xəlilovanın atası vəfat edir.O, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru idi. Onun ölümündən sonra Nərgiz vəzifəni öz üzərinə götürdü. O, muzeyin yenidən qurulmasını planlaşdırırdı.
Nərgiz Xəlilova 150-yə yaxın Azərbaycanın mədəniyyət xadimilərinə aid məqalələrin
və Ümumittifaq Teatr və Musiqi Ensiklopediyasının müəlliflərindən biri idi.
Xəstəliyi və ölümü
1990-cı illərin sonlarında Nərgiz özünü pis hiss etməyə başladı. Halsızlıq, tez yorulma onu əldən salırdı.
1998-ci ildə qardaşı Rüfət öz həyat
yoldaşı ilə birlikdə Nərgizi Moskvaya
apardı.
Orada onu yoxlanmaq üçün Gertsen
adına Onkologiya İnstitutuna yerləşdirdilər. İnstitutuda Nərgizə leykoz diaqnozunu qoydular.
Nərgiz vəfat edəndə onu sink tabutda Bakıya gətirdilər. Hava limanında çoxlu sayda tanış və tanış olmayan adamlar toplaşmışdı. Onlar Nərgizlə vidalaşmağa gəlmişdilər. Bakıda yerləşən rus qəbirstanlığında dəfn olundu
Nərgiz Xəlilovanın övladı olmayıb.O, Parisdə, Nyu-Yorkda, sonra isə vətəndaşlığını aldığı İsraildə olmuşdu.
1961-cı ildə Bakının baş arxitektoru
Əliş Ləmbəranski onun şərəfinə Bakının Fəvvarələr meydanında "Nərgiz" kafesini ucaltmışdı.
Onun şərəfinə həm də Parisdə restoran
və Nyu-Yorkda iki mağaza adlandırılmışdı.
Şair Rəsul Həmzətov Nərgiz Xəlilovaya şeir həsr eləmişdi, Otar Taktaşişvili roman, Arkadi Arkanov hekayə yazmışdı.2008-ci ildə nəşr olunan Eduard Bağırovun "Sevgililər" romanında, 2019-cu ildə Regina Krasivskayanın "Bakı şəhərinin əfsanəsi — Nərgiz" kitabında Nərgiz Xəlilovanın həyatına da toxunulur.
Onun həyatından bəzi faktlar Moskva teatrının "Yarasa" (rus. Летучая мышь) tamaşasının əsasını təşkil etmişdi.
Oxunub: 336