Bitkoindən növbəti rekord: 57 min dolları keçdi

Bitkoinin qiyməti növbəti dəfə tarixi maksimumu yeniləyib.
Bu barədə “Coindesk” məlumat yayıb.
Saat 16:32-ə olan nəticələrə əsasən, kriptovalyutanın dəyəri 57123 dollar təşkil edib.
Buna qədər Bitkoinin maksimum dəyəri 56.3 min dollar olmuşdu.
Ləğv olunan bankların əmanətçilərinə ödənilən vəsaitin məbləği açıqlanıb - RƏSMİ

Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 419 qorunan əmanətçisinə 623,3 milyon manat kompensasiya ödəyib.
Bu barədə Oxu.Az-a Fonddan məlumat verilib.
Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 93 faizini təşkil edir.
Belə ki, “Atabank” ASC üzrə 9 min 755 əmanətçi 242 milyon 918,2 min manat, “Amrah Bank” ASC üzrə 5 min 794 əmanətçi 139 milyon 749,4 min manat, “AGBank” ASC üzrə 4 min 666 əmanətçi 111 milyon 409,8 min manat, “NBC Bank” ASC üzrə isə 4 min 204 əmanətçi 129 milyon 226,3 min manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADİF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Azərbaycan ət idxalını iki dəfə azaldıb

2021-ci ilin yanvar ayında Azərbaycan 4,3 milyon ABŞ dolları dəyərində 2,3 min ton ət idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalının həçmi iki dəfə, dəyəri isə 41,9 faiz azalıb.
2021-ci ilin yanvar ayında Azərbaycan 794 min dollar dəyərində 548 ton süd idxal edib.
Ötən ilin eyni dövründə isə 953 min dollar dəyərində 574 ton süd idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 159 min dollar azdır.
Bu ilin yanvar ayında Azərbaycan 5 milyon 365 min ABŞ dolları dəyərində 1 070 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Ötən ilin eyni dövründə 4 milyon 966 min dollar dəyərində 1 007 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
İlhamə Əbülfət
Bakıda 12 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə keçirdiyi tədbirlər zamanı 12 obyektdə epidemiya əleyhinə rejimin və sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar edib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, fevralın 18-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda Orxan Qəmərliyə məxsus mağazada, Yasamal rayonunda Tofiq Məmmədova məxsus ticarət obyektində, Maqsud Ağazadəyə məxsus stomatoloji kabinetdə, Nəsimi rayonunda “Aptek-323”də, Pərviz Bayramlıya məxsus geyim mağazasında, Leyla Qurbanovaya məxsus “Lombard”da, Xətai rayonunda Vüsal Musayevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “Müstəqil-V” MMC-yə məxsus mağazada, "NI Group" MMC-nin baş ofisində, Nərimanov rayonunda “Keramika aləmi” mağazasında, Eyvaz Məmmədova məxsus ticarət obyektində, Suraxanı rayonunda Orxan Əliyevə məxsus “Avtomobil ehtiyat hissələri mağazası”nda, ümumilikdə, 12 obyektdə tələblər pozulub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Yeni avtobus zolaqlarından velosipedçilər istifadə edə bilərmi? - AÇIQLAMA

Paytaxt Bakıda hərəkətin gur olduğu yollarda ayrıca avtobus zolaqları çəkilib.
Bu isə o deməkdir ki, “Bus” sözü yazılmış həmin zolaqlardan ancaq ümumi istifadadə olan nəqliyyat vasitələri, yəni avtobuslar istifadə edə bilər.
Lakin bu, velosiped sürücülərinin hüquqlarının pozulması deməkdir. Belə ki, Velosiped İdmanı Federasiyası tərəfindən qaldırılan məsələyə görə, velosiped sürücülərinin bu zolaqdan istifadə edib-edə bilməməsi sual olaraq qalır.
“Yol Hərəkəti haqqında” Qanuna əsasən velosipedçilər istənilən yolun sağ zolağının (əgər birdən artıq zolaq varsa, yoxdursa, həmin zolaqda – S.M.) sağ kənarında gedə bilər. Onlar sıra ilə 10 velosipedçidən artıq olmamaq şərtilə yolun ən sağ kənarında getməlidirlər.
Lakin şəhərin bəzi yollarında “Bus” sözü yazılmış avtobus zolağında velosiped şəkli də çəkilib. Bu isə o deməkdir ki, burada velosipedçilərin hərəkətinə məhdudiyyət yoxdur.
Bəs bu məsələdəki qeyri-müəyyənlik barədə mütəxəssis fikri necədir? Məsələ ilə bağlı nəqliyyat eksperti Rəşid Axundzadə Oxu.Az-a açıqlamasında bildirib ki, qaranlıq suallara aydınlıq gətirmək üçün bütün “Bus” zolağı olan yollarda velosiped şəklinin çəkilməsi lazımdır:
“Qanunla baxsaq, velosipedçilər sağ zolağın sağı ilə getməlidir. Bizdə yollarda velosiped zolaqları yeni-yeni salınır. Düzdür, qanunda avtobus zolağında velosiped zolağının da olması nəzərdə tutulmayıb. Amma şəhərimizdə bəzi yollarda “Bus” zolağında velosiped şəkli də çəkilibsə, deməli, velosipedlə o yoldan keçmək mümkündür. Bu, yaxşı haldır. Digər yollarda da bu çəkilsə, yaxşı olar.
Çəkilməsə, bu o deməkdir ki, icazə yalnız avtobuslara aiddir. Belə olan halda, xaotik vəziyyət yarana bilər və velosiped sürücüləri cərimələnə bilər. Velosiped sürücüsü həmin avtobus zolağından yararlana bilmirsə, velosipedini əlinə alıb səkiylə getməyə məcburdur”.
Səudiyyə Ərəbistanı səhraları nəhəng “eskimo dondurmasına” çevrildi

Səudiyyə səhrasında külək qarın üstünü qumla örtüb. Nəticədə hər yer nəhəng “eskimo dondurmasına” çevrilib.
Bu barədə “RİA Novosti” kadrlar yayıb.
Subtropik və tropik iqlim qurşağında yerləşən Səudiyyə Ərəbistanına ardıcıl bir neçə ildir ki, qar yağır.
Azərbaycana gətirilən altı ton darçının istehlaka yararsız olduğu aşkarlandı

Vyetnamdan ölkəmizə idxal edilən altı ton darçın məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, ölkəmizə idxal edilən altı ton darçın məhsulu partiyasına agentliyin müfəttişləri baxış keçirib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Virtual karabakhyuxarı Təhsil Nazirliyindən məktəblərdə dərslərin sayının artırılması ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərin sayının artırılması ilə bağlı məlumat yayıb.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, dərs cədvəli məktəb səviyyəsində tərtib edilir:
“Bu zaman V – IX siniflərdə əyani dərslərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulmaqla, dərslərin sayı normativi aşmadan müəyyən edilir”.
Parlamentin komitə sədrindən şad XƏBƏR: Bu il 60 min iş yeri açılacaq

Oxu.Az-ın “Milli Məclis” jurnalına istinadən verdiyi məlumata görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Deputat qeyd edib ki, həmin iş yerləri ilkin olaraq sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə təqdim ediləcək.
“Heç şübhəsiz ki, dövlətin sosial müdafiə tədbirləri davamlı və daha əhatəli olacaq, daha da genişlənəcək, onların maddi, sosial, tibbi, psixoloji problemlərinin kompleks həlli üçün effektiv tədbirlər görüləcək”, - deyə M.Quliyev əlavə edib.
Aqşin Kərimov