Respublika Fənn Olimpiadalarının qalibi Arzu Ağayeva





Respublika Fənn Olimpiadalarının qalibi Arzu Ağayeva

       Ağayeva Arzu Ayaz qızı Qobustan rayonunun Cəyirli kənd Rasim Hüseynov adına ümumi orta ümumtəhsil məktəbinin doqquzuncu sinfində oxuyur.Dərs əlaçısıdır.Keçən tədris ilinin sonunda keçirilən Respublika Fənn Olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənnindən yüksək nəticə göstərərək birincilərin birincisi olmuş və qızıl medala layiq görülmüşdür.Eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən ona diplom təqdim olunmuşdur. Ötən ilin sonunda Qobustan rayon İcra Hakimiyyətinin Başçısının “Konstitusiya və Suverenlik ili” ilə bağlı rayon təhsil işçilərilə görüşündə Arzu Ağayeva öz səlis və  dürüst çıxışı ilə hamını heyran etdi.Çıxışı zamanı artıq kəlama çevrilmiş “Sən Qobustan üçün nə etmisən” yazısına belə aydınlıq gətirdi: Doğma rayonumu çox sevirəm.Onun hər bir uğurunu izləyirəm.Mən də bir şagird olaraq qazandığım bu nailiyyətə görə qobustanlıları sevindirdim və rayonumuzun uğur-larına  bir təhsil uğuru qatdım.Qazandığım  bu qalibiyyətə görə  mənə dəstək olmuş məktəbimizin direktoru Buğday Azadəyə və bütün müəllimlərimə minnətdəram. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov Arzu Ağayevaya qazandığı yüksək nəticəyə görə fəxri fərman təqdim etdi.  Məktəbdə olarkən bu şagird haqqında ürəkaçan sözlər eşitdim: Məktəbin direktoru müharibə veteranı Buğday Azadə: 

- Mən tədbirdəki çıxışım zamanı da Arzu Ağayevanın yüksək göstəriciləri  barədə məlumat verdim.O bizim ən sevimli şagirdlərimizdəndir.Bütün fənlərə səylə çalışır.Həmin sinifdə tarix fənnini tədris etdiyimdən onun yüksək potensiala malik olduğunu görürəm. Arzunun qazandığı yüksək nəticə məktəbimizin adında bir tarix oldu.Dəfələrlə o tərəfimiz-dən fəxri fərmanlara layiq görülüb.Bu şagirddə analtik düşünmə qabiliyyəti təqdirəlayiqdir. Hal-hazırda o doqquzuncu sinifdə oxuyur.Əminliklə deyə bilərəm ki, Arzu tam orta məktəbi bitirdikdən sonra istədiyi ali məktəbə qəbul olacaqdır. Səbəb  kimi onun yorulmadan çalış-masıdır.Arzunun yaxşı oxumasında müəllimləri ilə yanaşı valideynlərinin də dəstəyi böyük rol oynayır.Qazandığımız qalibiyyətin təşkilində Qobustan Rayon Təhsil Sektorunun əmək-daşlarınında bizə böyük köməyi olmuşdur.Yaxşı olar ki, şagirdlərin ali məktəblərə qəbulunun nəticələrinin müzakirəsi zamanı, biz orta ümumtəhsil məktəbləri də həmin sırada olsun. 

        İngilis dili müəllimi Aynur Axundova:- Həqiqətən,Arzu həmişə dərslərə hazırlıqlı gəlir. İlk baxışda bu şagirddə dərslərə münasıbətdə bir müsbət “Savaş” gedir.Onun ingilis dilinə də marağı əvəzsizdir.İngilis dilinin qrammatikasına xüsusi fikir verir və çalışır ki, bu dili öyrənsin. Tədbir zamanı hörmətli başçımız mənə tövsiyyə etdi ki,Arzunun ingilis dilinin öyrənməsinə xüsusi yer ayırım.Hal-hazırda həmin tövsiyyəyə uyğun olaraq Arzu ilə müntəzəm  dərsdənkənar məşğul oluram.Əminəm ki, bu nəticəmiz də öz bəhrəsini verəcək. Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Əhmədova:- Arzu Respublika Fənn Olimpiadalarında uğur qazanmaqla bir fənn müəllimi olaraq məni də sevindirdi.Onunla dərsdənkənar məşğələlərimiz hədər getmədi.Dərs vurğunu olan bu şagird heç bir sualın qarşısında acız  qalmır və yorulmaq bilmədən test tapşırıqlarını da dərhal yerinə yetirir. Arzunun öz üzərində işləmək və inkişaf etmək istəyini yüksək qiymətləndirirəm.Mənim bu sevimli şagirdimin gələcəkdə də yüksək nəticələr göstərməyinə inanıram. Arzunun ibtidai  sinifdə də fərqlənməsini ilk müəllimi Mətanət Həsənova  da bildirdi.

 Müəllifdən: Arzunun istəyi gələcəkdə həkim olmaqdır.Amma  onun səlis çıxışı natiqlik  qabiliyyəti məndə bir aparıcı missiyası yaratdı. 

                        Məhəmməd Bayramov Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 










Oxunub: 302
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az