Əkbəri Elşən Məmməd oğlu, peşəkar və nüfuzlu pedaqoq.
Təhsildə 25 illik pedaqoji təcrübəyə malik olan Əkbəri Elşən Məmməd oğlu ömrünün 50-ci baharını qeyd edir. O, Şəhriyar qəsəbəsində yerləşən A.Ə.Babaşov adına tam orta məktəbin fiziki tərbiyə müəllimi kimi uzun illərdir gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşması üçün böyük əmək sərf edir. Əkbəri müəllim həm peşəkarlığı, həm də səmimiyyəti ilə seçilir. Onun rəhbərliyi altında təhsil alan çoxsaylı şagirdlər respublika və rayon miqyaslı idman yarışlarında uğurlar qazanıblar. Kollektiv arasında dərin hörmət və nüfuz sahibi olan müəllim həmkarlarının da rəğbətini qazanıb.
Onun pedaqoji fəaliyyəti təkcə idman dərsləri ilə məhdudlaşmır o, daim məktəbdə sağlam həyat tərzinin təbliği, nizam-intizamın qorunması və gənclərin fiziki inkişafı istiqamətində maarifləndirici işlər aparır. Əkbəri Elşən Məmməd oğlunun zəhməti və fədakarlığı bir çox gəncin həyat yolunun düzgün istiqamətdə formalaşmasına səbəb olub. Belə müəllimlər təhsilimizin əsas dayağı, gənc nəslin sağlam gələcəyinin təminatıdır.
Oxunub: 70