27 sentyabr Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbir.




27 sentyabr Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbir.
Bu gün Şamaxı THT “27 Sentyabr Anım Günü”nün beşinci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra məktəbin şagirdləri Vətən, şəhidlik və qəhrəmanlıq mövzularında şeirlər səsləndirdilər.
Proqramın davamında isə məktəbdə intellektual oyun keçirildi. Bu oyunun əsas məqsədi 7-ci sinif şagirdləri arasından məktəbin gələcək intellektual komandasını formalaşdırmaq idi. Tədbirdə liseyin direktoru İqbal Məmmədov və direktor müavini Gülər Məmmədova da iştirak edirdilər.

Oxunub: 55
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az