Diqqətli olun. Universitet, yeganə həyat yolu deyil...



Diqqətli olun.
Universitet, yeganə həyat yolu deyil...
Valideynlərin ən böyük arzularından biri övladlarını ali məktəbdə görməkdir. Universitet təhsili əlbəttə ki, bilik, peşəkar inkişaf və gələcək imkanlar baxımından önəmlidir. Lakin bu məqsədə çatmayan gəncləri qınamaq, təhqir etmək və ya ümidlərini qırmaq düzgün yanaşma deyil. Əziz valideynlər, əgər övladınız ali məktəbə qəbul ola bilməyibsə;
- Onu incitməyin, alçaltmayın. Əksinə, daha çox sevgi göstərin.
Onlarla söhbət edin. Dərdinizi bölüşün, gələcək planları müzakirə edin. Motivasiya verin. Hədiyyələr, gəzintilər, mənəvi dəstək onların ruhunu qaldıracaq.
Alternativ yolları araşdırın. Peşə məktəbləri, kurslar, sərbəst biznes, idman və ya yaradıcılıq sahələri də övladınızın gələcəyini formalaşdıra bilər.
Unutmayın ki, 
universitetə qəbul olunmamaq dünyanın sonu deyil.
Oxumaq yaxşıdır, amma oxumamaq da faciə demək deyil. Bir çox uğurlu insanlar universitet bitirməsələr də, çalışqanlıq, istedad və əzmlə zirvələrə yüksəliblər.
Əksinə, təhsildən kənarda qalan gənclərə biganə yanaşmaq onların yanlış yollara düşməsinə səbəb ola bilər. İntihar, depressiya, zərərli vərdişlər və ya cinayət riski çox vaxt valideynlərin etinasızlığından doğur.
Nəticə
- Əziz valideynlər, övladınıza ən böyük hədiyyəniz onun yanında olmaqdır. Universitet qapısı bağlana bilər, amma həyatın saysız-hesabsız qapıları açıqdır. Yetər ki, gənclərimiz arxalarında dayaq olduğunu hiss etsinlər.

Alxas.

Oxunub: 30
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az