Marifləndirici ziyarət. Şamaxı şəhər 1 saylı körpələr evi–uşaq bağçası.




Marifləndirici ziyarət. Şamaxı şəhər 1 saylı körpələr evi–uşaq bağçası.
Bu yaxınlarda şəxsi işimlə əlaqədar olaraq Şamaxı şəhər 1 saylı körpələr evi–uşaq bağçasına baş çəkməli oldum. Bağçanın həyətinə daxil olan kimi gözəl mənzərə və sevincli balacalar məni qarşıladı. Uşaqların yanında olan müəllimələrin mehriban davranışı və onların diqqətli yanaşması məni çox sevindirdi.
Həyətin səliqə-sahmanı, yaşıllığın qorunması və ümumi mühitin təmizliyi dərhal diqqətimi cəlb etdi. İcazə alaraq binaya daxil oldum və eyni qayda-qanunu, səliqəni daxildə də müşahidə etdim. Bu mənzərə bağçada yüksək təşkilatçılıq və məsuliyyətin olduğunu göstərirdi.
Bağçanın direktoru Səmədova Gövhər müəllimə ilə qısa bir söhbətimiz oldu. Məni mehribanlıqla otağına dəvət etdi. Direktorun iş otağı da eynilə səliqəli və zövqlə tərtib olunmuşdu. Gövhər müəllimə özünü həm işgüzar, həm də işinin peşəkarı kimi təqdim etdi. Onun rəhbərlik etdiyi kollektivin də eyni keyfiyyətlərə malik olduğunu hiss etmək çətin deyildi.
Eşitdiyimə görə, bağçanın müəllimə heyəti arasında Nigar müəllimə xüsusilə seçilir. Bildirildiyinə görə, o, diaqnostik qiymətləndirmələrdə ən yüksək bal toplayan müəllimələrdən biridir.
Bu peşəkar və mehriban kollektivi ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Belə müəssisələrin mövcudluğu və onların yüksək səviyyədə fəaliyyət göstərməsi cəmiyyətimiz üçün sevindirici haldır.

Oxunub: 4
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az