



Qobustan rayonu,Cəmcəmli kənd Rauf Babaşov adına tam orta məktəbinin Vətən Müharibəsi Qəhrəmanı,XTQ-nin giziri Elyar Vəliyev adına sinfin məzunlarının " Son zəng "tədbiri keçirildi.Tədbir sinif rəhbəri Günay Bayramlının təşkilatçılığı ilə təşkil olunmuşdu.İlk olaraq məktəbin direktoru İntiqam Mürsəlov qonaqları salamladı və məzunları təbrik etdi.
Tədbirdə məktəbimizin adını daşıyan şəhid Rauf Babaşovun ailəsi-ömür-gün yoldaşı Mömünə xanım,oğlu Rasim bəy,həmin sinfin adını daşıyan Vətən Müharibəsi Qəhrəmanı,XTQ-nin giziri,şəhid Elyar Vəliyevin anası Səmayə xanım,şəhid anası Firəngiz xanım ,Vətən Müharibəsi Qəhrəmanı,polkovnik-leytenant Mirdamət Bağıyev,məktəbin məzunları olmuş qazi Qorxmaz Abdurəşidov,qazi Röyal Əmirov,kənd icra nümayəndəsinin müavini Samir Əmirov,təqaüddə olan müəllimlər,məktəb kollektivi və valideynlər məzunları təbrik edərək xoş arzularını bildirdilər.
Məhəmməd Bayramov Jurnalistər Birliyinin üzvü. Qobustan rayonu.
Oxunub: 878
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az