Şamaxı şəhər S.M.Qənizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Son zəng" tədbiri keçirildi.



Şamaxı şəhər S.M.Qənizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Son zəng"  tədbiri keçirildi. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Şamaxı rayon Təhsil sektorunun müdiri Məsud Babayev, Məktəbin məzunu şəhid Ziyad Zərbaliyevin anası Pakizə Zərbaliyeva, Məktəbin direktoru Nəsimi İsmayılov, məktəbin müəllimləri və şagirdlər iştirak etmişdir.
Tədbirdə 1979-cu ilin məzunları və onların xarici dil müəllimi Asif Ağayev, Fizika müəllimi Adilə Dəmirova və riyaziyyat müəllimi, daha sonra məktəbdə 22 il məktəb müdiri vəzifəsində çalışmış 91 yaşlı Süleyman Zərbəliyev də iştirak etdilər. 
Çıxış edənlər məzunları təbrik edib, onlara həyat yollarında uğurlar arzulayıblar. Bütün məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

Oxunub: 716
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az