Ağsu Rayonu üzrə Təhsil Sektoruna müdir təyin edilib.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən Mahmudov Ramin İlyas oğlu Ağsu Rayonu üzrə Təhsil Sektoruna müdir vəzifəsinə təyin edilib.
Yeni təyin edilən sektor müdirini Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov bu gün kollektivə təqdim edib.
Qeyd edək ki, Ramin Mahmudov 1977-ci ildə Şamaxı rayon Ovculu kəndində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsini bitirib. 2001-ci ildən Ağsu şəhər 2 nömrəli tam orta məktəbdə müəllim, 2006-cı ildən Ağsu şəhər 5 nömrəli tam orta məktəbdə müəllim, 2009-cu ildən həmin məktəbdə "Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı", 2017-ci il tarixdən isə Ağsu şəhər 2 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışmışdır.
Ramin müəllimi təbrik edir, ona yeni vəzifəsində uğurlar arzulayırıq.
Oxunub: 98