Abşeron Rayonunda “PISA 2025” Beynəlxalq Qiymətləndirməsinə start verildi.
12 may 2025-ci il tarixində Abşeron rayonu üzrə “PISA 2025” beynəlxalq qiymətləndirmə tədqiqatına start verildi.
Qiymətləndirmənin ilk mərhələsində Mehdiabad qəsəbəsinin şagirdləri iştirak etmişdir. İmtahan mərkəzi olaraq Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbi seçilmişdir.
Ümumilikdə 47 nəfər şagird qiymətləndirməyə cəlb olunmuş və iştirakçılıq tam şəkildə — 100% səviyyəsində təmin edilmişdir. İmtahan prosesi beynəlxalq standartlara uyğun şəkildə, şəffaflıq və texniki göstəricilər nəzərə alınmaqla təşkil olunmuşdur.
Qiymətləndirmənin gedişi “PISA 2025” beynəlxalq tədqiqatının keyfiyyətinə nəzarət üzrə məsul şəxs Yuliya Əliyeva tərəfindən birbaşa yerində izlənilmiş və prosesin yüksək səviyyədə təşkil olunduğu qeyd edilmişdir.
Qeyd edək ki, “PISA” (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq qiymətləndirmə proqramıdır şagirdlərin oxu, riyaziyyat və təbii elmlər üzrə bacarıqlarını ölçməyi hədəfləyir.
Oxunub: 80