Elzamin Həsənov – Təcrübəli Tarixçi və Məktəb Direktoru.
09.09.1987-ci ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhərində yerləşən 152 nömrəli tam orta məktəbdə təhsil almağa başlamış və oranı uğurla bitirmişdir.
Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuş və burada ali təhsilini tamamlamışdır. 2009-cu ildə hərbi xidmətə yollanmış, xidmətini başa vurduqdan sonra magistratura təhsilini davam etdirmişdir. Magistr dərəcəsini əldə etdikdən sonra 2013-cü ildə pedaqoji fəaliyyətə başlamış və Qobustan rayonunun Dərəkənd kəndində müəllim kimi çalışmağa başlamışdır.
2016-cı ildə 230 nömrəli məktəbə iş yerini dəyişmiş və 2016–2019-cu illər ərzində orada tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə həm də tədris sahəsində elmi fəaliyyəti ilə seçilmiş, ona məxsus çoxsaylı məqalələr mətbuatda dərc olunmuşdur.
2019–2021-ci illərdə təşkilati işlər üzrə direktor müavini vəzifəsində çalışmış, daha sonra 2021–2024-cü illərdə 311 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini olmuşdur.
2024-cü ildə müəllim və direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edərək uğurla keçmiş və 186 nömrəli məktəbə direktor təyin olunmuşdur. Təhsil millətin gələcəyidir. Bu gələcəyin formalaşmasında müəllimlər qədər məktəb rəhbərlərinin də rolu danılmazdır. Onların idarəçiliyi, yenilikçi yanaşması, şəffaf və məqsədyönlü fəaliyyəti məktəbin uğurunu müəyyənləşdirir. Məhz belə rəhbərlərdən biri də məktəb direktoru Elzamin Həsənov təhsilin inkişafı uğrunda yorulmadan çalışan, uğurlarını əməli işləri ilə sübut edən nümunəvi bir şəxsiyyət.
Elizamin Həsənov rəhbərlik etdiyi məktəbdə tədris prosesini müasir çağırışlara uyğunlaşdıraraq, keyfiyyətin yüksəldilməsi istiqamətində bir sıra əhəmiyyətli addımlar atmışdır. Onun təşəbbüsü ilə məktəbdə interaktiv təlim metodlarına keçid sürətlənmiş, müəllimlərin ixtisasartırma və peşəkar inkişaf imkanları genişləndirilmişdir. O, təhsildə təkcə bilik ötürülməsini deyil, həm də düşünən, yaradan və dəyərlər sisteminə sahib fərdlərin yetişdirilməsini əsas məqsəd kimi müəyyən etmişdir.
Direktor kimi fəaliyyətə başladığı gündən Elizamin müəllim məktəbdə sistemli dəyişikliklərə start vermişdir. Dərslərin keyfiyyətinə nəzarət, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi, qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi və rəqəmsal resursların dərs prosesinə daxil edilməsi onun tədrisdə əsas prioritetlərindəndir.
Bundan əlavə, şagirdlərin təhsil nəticələrinin yüksəldilməsi ilə yanaşı, onların sosial və mənəvi inkişafı da diqqət mərkəzində saxlanılır. Məktəbdə təşkil olunan intellektual yarışlar, debatlar, elm həftələri və layihə müsabiqələri şagirdlərin düşünmə qabiliyyətini, yaradıcı potensialını və liderlik bacarıqlarını üzə çıxarır.
Elizamin Həsənov həmçinin valideynlərlə sıx əməkdaşlıq yaradan, məktəb-ailə əlaqələrinin möhkəmlənməsinə çalışan bir rəhbərdir. O, hesab edir ki, təhsilin uğuru yalnız müəllimlə deyil, bütöv bir təhsil icmasının birgə fəaliyyətindən doğur.
Bütün bu işlərin nəticəsi olaraq Elzamin müəllimin rəhbərlik etdiyi məktəb həm şəhər, həm də respublika səviyyəsində öz uğurları ilə fərqlənir.
Əliyeva Bilqeys
Oxunub: 622