Elm və İdarəetmədə Təvazökar Bir İşıq.
Məktəb direktoru Məmiyev Təhmasib.
Elm və tərbiyə yolunda addımlayan hər bir şəxs cəmiyyətin gələcəyinə işıq tutur. Bu işığı daha da ucaldan, onu daim parlaq saxlayan insanlar arasında Məmiyev Təhmasib xüsusi yer tutur. O, 1979-cu ildə Masallı rayonunda dünyaya göz açmış, həyatını təhsilə və onun inkişafına həsr etmiş əsl ziyalıdır.
Təhsil yoluna 2004-cü ildə qədəm qoyan Təhmasib müəllim, Masallı rayonunda yerləşən X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Bu illər ərzində o, sadəcə dərs deməklə kifayətlənməmiş, həm də şagirdlərin dünyagörüşünün formalaşmasında, onların şəxsiyyət kimi yetişməsində mühüm rol oynamışdır.
2007-ci ildən 2015-ci ilə qədər o, A. Qambayzadə adına 148 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışaraq məktəb rəhbərliyində özünü peşəkar, məsuliyyətli və innovativ yanaşmaları ilə tanıtmışdır. Onun idarəçilik bacarıqları və təhsilə olan sədaqəti onu növbəti illərdə daha yüksək vəzifələrə daşıdı.
2015–2018-ci illərdə Səadət Fərhatoğlu adına 230 saylı orta məktəbdə direktor vəzifəsində çalışaraq, həmin məktəbi elmi-intellektual mühitə çevirməyi bacarmışdır. Onun rəhbərliyi dövründə məktəbdə tədris keyfiyyəti artmış, müəllim-şagird münasibətləri daha sağlam zəmində qurulmuşdur.
2018-ci ildən etibarən Sabunçu rayonu 192 nömrəli məktəbdə direktor kimi fəaliyyətini davam etdirən Təhmasib müəllim, bu təhsil ocağında da öz izini qoymuş, saysız uğurlara imza atmışdır. Hər zaman şəffaflıq, dürüstlük və humanist dəyərlərə sadiq qalan bu ziyalı 2024-cü ildən etibarən 181 nömrəli tam orta məktəbdə direktor vəzifəsini yerinə yetirir.
Məmiyev Təhmasib- təkcə idarəçi yox, həm də örnək bir müəllim, vətənpərvər bir ziyalıdır. Onun rəhbərlik etdiyi məktəblər sadəcə elm ocağı deyil, həm də insan yetişdirən dəyər məbədləridir.
Elm yolunda yorulmadan çalışan, hər şagirdin taleyini öz taleyi bilən belə bir məktəb direktorunun uğurları daim bol olsun!
Ə.Bilqeys
Oxunub: 274