Peşəsinin vurğunu olan müəllim.
Günəşov Elman Ağadadaş oğlu 3 may 1960 –ci ildə Qobustan rayonunun Çalov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitunun (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti )çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə fakultəsinə verir.İmtahanlardan əla qiymət alaraq, qəbul olur.Ali məktəbi bitirdikdən sonra rayonun Təklə Mirzəbaba kənd orta məktəbində ixtisası üzrə müəllim işləyir.Təyinat müddəti bitdikdən sonra bir il Cəyirli kənd natamam orta məktəbdə fiziki tərbiyə dərslərini tədris edir. 1989- cu ildən hal-hazıra kimi A.Quliyev adına Cəyirli kənd tam orta məktəbində hərbi hazırlıq və fiziki tərbiyə müəllimi kimi çalışır.O,1988-ci ildə Kiyev Hərbi Akademiyasında təlimdə olmuşdur. Azərbaycan Təhsil Şurasının və onlarca təhsil kurslarının təlimlərində iştirak etmiş və bir çox sertfikatlar almışdır. Elman müəllimin dərs prosesi həmişə yüksək qiymətləndirilimişdir.Görkəmli jurnalist, “Təhsil və Zaman “ qəzetinin redaktoru Böyükağa Mikayıllı vaxtilə Elman müəllimin çağrışaqədərki hərbi hazırlıq dərsində iştirak etmiş öz qeydlərini ”Müasir dərs: Yeni yanaşmalar” kitabında qeyd etmişdir.Həmin kitabdan bir abzasa nəzər salaq :
Çağrışaqədərki hərbi hazırlıq o fənlər sırasına daxildir ki , burada müəllimdən əhatəli bilik tələb olunur. Elman müəllimin dərslərində işritakım zamanı gördüm ki, o fiziki hesablamaları dəqiqliklə aparır, ərazinin coğrafi mövqeyini döyüş zamanı nə qədər əhəmiyyətli olduğunu izah edir, eyni zamanda döyüşdə coğrafi biliklərin əhəmiyyətini şagirdlərə aşılayırdı.
Bu günlərdə Elman müəllimin 65 yaşı tamam oldu . Həmin gün müəllim arzusunda olduğu Şuşa şəhərində səfərdə oldu. Bu gün münasibətilə Elman müəllimi təbrik edirik .
Bu yazını hazırlayarkən Elman müəllimi haqqında xoş sözlərin şahidi oldum:
Qobustan Rayon Təhsil Sektorunun müdiri Tahir Səbzaliyev : Müəllim ömrü boyu nəyisə öyrətməyi , düzgün yol göstərməyə, cəmiyyətə faydalı şəxsiyyətlər yetirməyə çalışan insandır.İnsanın tərbiyəsində ailədən sonra ən önəmli şəxsdir. Elman Günəşov da bu şəxslərdən biridir.Elman müəllim uzun müddətdir ki, A.Quliyev adına Cəyirli kənd tam orta məktəbində çağrışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə fənlərini tədris edir. Onun yaxşı bir pedaqoq olduğunu əvvələr eşitmişdim .Yeni işimlə əlaqədar müəllimlə və onun dərs prosesi ilə yaxından tanış oldum . Həqiqətən, zahiri görkəmindən adamda bir hərbçi təsəvvürü yaradırdı. Elman müəllim keçirdiyimiz bütün tədbirlərdə şagirdləri ilə birlikdə fəal iştirak edir.Müəllimi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram.
Qobustan şəhər Elyar Vəliyev adına 2 saylı tam orta məktəbin direktor müavini İlqar Alcanov: –Elman müəllimin iş prinsipinə yaxından bələdəm . Rayon Təhsil Şöbəsində işlədiyim dövrdə məktəblərdə çağrışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə dərslərinə nəzarət mənə tapşırılımışdı. Elman müəllimin dərslərində tez-tez iştirak edirdim. Onun çağrışaqədərki hərbi hazırlıq dərsində özümü bir kiçik “ hərbi hissədə” hiss edirdim . Rayonda keçirilən hərbi – idman oyunlarında müəllimin şagirdləri hər zaman fəal iştirak edirdi.Hal-hazırda Elman müəllimin keçmiş şagirdlərindən bir çoxu hərbi hissələrdə gizir və zabit kimi xidmət edirlər.
A.Quliyev adına Cəyirli kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilatının Rəhbəri Yəmən Hidayətova :- Müəllim sadəcə bir peşə deyil , insanın qəlbinə işıq saçan bir varlıqdır. Mənim müəllimim Elman Günəşov isə bu sözün əsl mənasında nümunəvi bir insandır. Bizə verdiyi dəyərlər- həm müəllim , həm hərbi rəhbər ,həm də bir böyük kimi yaddaşımızda yer almışdır. O bizə yalnız dərsi deyil , həyatı öyrətmişdir . Hər bir sözü , hər bir davranışı bizlər üçün bir dərs olmuşdur. Dəyərli müəllimimə olan hörmət və minnətdarlığım heç zaman tükənməyəcək.Sevinirəm ki, hal –hazırda müəllimimlə çiyin-çiyinə bir yerdə çalışıram .
R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbin müəllimi Günay Bayramlı: –Elman müəllim qayğıkeş ,səmimi bir insandır. Mən bunları onunla yol yoldaşı olarkən hiss etdim .Azərbaycan Təhsil Şurasının təlimlərində birlikdə iştirak edirdik. Onun təlimdəki çıxışları hamı tərəfindən rəğbətlə qarşılanırdı.Hörmətli professorumuz, görkəmli pedaqoq Əjdər Ağayev həmişə Elman müəlliminin adını iftixarla çəkirdi. Elman müəllimə uğurlar arzulayıram.
Məhəmməd Bayramov Jurnalistlər Birliyinin üzvü .
Oxunub: 249