Azərbaycan Kooperasiya Universitetində 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib.




Azərbaycan Kooperasiya Universitetində 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib.
İclasda dekanlar, dekan müavinləri, kafedra müdirləri iştirak edib.
Universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev çıxış edərək imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil olunması və bu prosesin müvafiq normativ sənədlərə əsaslanaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb. Tədris şöbəsinin müdiri Vahid Gərayev isə yaz semestri üzrə imtahanların təşkili ilə bağlı hazırlanan təlimatlar, o cümlədən əsas qaydalar və yeniliklər haqda məlumat verib.

Oxunub: 133
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az