“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının I mərhələsi keçirilib.



“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının I mərhələsi keçirilib.
May ayının 3-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində  “Qərbi Azərbaycana qayıdış” olimpiadasının I mərhələsi keçirilib. 
Region üzrə 4 mərkəzdə keçirilən olimpiadada ümumilikdə 185 nəfər şagird iştirak edib.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, ədəbiyyatı, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələdən ibarət olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək.
Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Oxunub: 108
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az