Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu keçirilib.




Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu keçirilib.
Aprel ayının 27-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan şagirdlər üçün Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Respublika Fənn Müsabiqələrinin yarımfinal turu keçirilib. V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi müsabiqələrdə Dağlıq Şirvan RTİ üzrə 291 nəfər şagird yarımfinal turunda iştirak edib.
Qeyd edək ki, Respublika Fənn Müsabiqələrinin yarımfinal turu V sinif üzrə Lütfi Zadə adına məntiq olimpiadası, VI sinif üzrə riyaziyyat, informatika, təbiət, VII sinif üzrə isə riyaziyyat, fizika, kimya və biologiya fənni daxil olmaqla 7 fənn üzrə təşkil olunub.
Şagirdlərimizə uğurlar arzulayırıq.

Oxunub: 93
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az