"Şamaxı Peşə Liseyi" PHŞ-nin tədris və təlim işləri üzrə direktor müavini Alövsət Həsənov və istehsalat təlimi ustası Xəqani İslamovla çalışmanın son yaş həddinə çatdıqlarına görə kollektivlə görüş təşkil olundu.



"Şamaxı Peşə Liseyi" PHŞ-nin tədris və təlim işləri üzrə direktor müavini Alövsət Həsənov və istehsalat təlimi ustası Xəqani İslamovla  çalışmanın son yaş həddinə çatdıqlarına  görə kollektivlə görüş təşkil olundu.
     Həsənov Alövsət Allahverdi oğlu 1981-ci ildən Şamaxı Peşə Liseyində əmək fəaliyyətinə başlamış və bugünədək bir sıra məsul vəzifələrdə çalışmışdır. Liseydə gənc yaşlarından əmək fəaliyyətinə başlayan Alövsət müəllim yataqxanada tərbiyəçi, istehsalat təlimi ustası, dərs hissə müdiri, ixtisas fənn müəllimi və 1998-ci ildən isə tədris-istehsalat(tədris və təlim) işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. İşlədiyi 44 il ərzində uzunmüddətli,səmərəli fəaliyyəti ilə fərqlənən Alövsət müəllim daim liseyin pedaqoji işinin təşkilində, tələbələrin təlim-tərbiyəsində yaxından iştirak edərək öz töhfələrini vermişdir.
     İslamov Xəqani Heybət oğlu 1977-1980-ci illərdə Liseydə "Xarrat" ixtisası üzrə təhsil almışdır.Bundan sonra hərbi xidmətə yollanmış və qayıtdıqdan sonra Liseydə "Traktorçu-maşinist" ixtisası üzrə təhsilini davam etdirmişdir.1984-cü ildən istehsalat  təlimi ustası kimi əmək fəaliyyətinə başlayan Xəqani müəllim bugünədək həmin vəzifədə çalışaraq yüzlərlə tələbənin sahəsi üzrə mütəxəssis kimi yetişməsi üçün öz əməyini əsirgəməmişdir.
     Bu gün Liseydə bu münasibətlə kollektivlə keçirilən görüş zamanı direktor İsmayıl müəllim başda olmaqla, bir sıra kollektiv üzvləri hər iki müəllimlə bağlı öz xoş xatirələrini və arzularını dilə gətirmişlər.Bir daha həm Alövsət müəllim, həm də Xəqani müəllimə Liseyin kollektivi adından uzun, mənalı ömür arzulayır, gələcək həyatlarında uğurlar diləyirik.

Oxunub: 124
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az