Xaçmaz rayonunda hərbi rəhbərlərlə görüş keçirilmişdir.




Xaçmaz rayonunda hərbi rəhbərlərlə görüş keçirilmişdir. 
      14 mart 2025-ci il tarixində Xaçmaz Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyunu üzrə Xaçmaz rayon birinciliyinin keçirilməsilə əlaqədar tam orta ümumtəhsil məktəblərinin çağırışaqədərki hazırlıq üzrə hərbi rəhbərləri ilə görüş keçirilmişdir.
       Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov və baş məsləhətçi Azad Şeydayev çıxış edərək, "Şahin" hərbi-idman oyununun əsasnaməsində edilmiş dəyişikliklər və əlavələr, yarışda iştirak edəcək komandaların qeydiyyat forması linkinə daxil olaraq qeydiyyatdan keçmələri və yarış qaydaları haqqında ətraflı məlumat vermişlər.
       Tədbirin yekununda hərbi rəhbərlər rəy və təkliflərini bildirmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Oxunub: 101
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az