Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.




Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Martın 15-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 26 nəfər namizəd iştirak edib.
İmtahan zamanı namizədlərə 60 dəqiqə müddətində məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə 10 və ixtisas üzrə 15 sual olmaqla 30 qapalı test tapşırığı təqdim olunub.
Qeyd edək ki, test imtahanında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Oxunub: 83
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az