Tərbiyəçi-müəllimlərin yerdəyişmə prosesinə başlanılır.



Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır.
Müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilər.
Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq müsabiqədə iştirak edə bilməz.
Yerdəyişmə etmək istəyən namizədlər 07 oktyabr 2024-cü il tarixindən 11 oktyabr 2024-cü il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Linkdə vakant yerlər qeyd edilib, həmçinin qeyd edilən sənədlər linkə yüklənməlidir.
Tələb olunan sənədlər:
✅ Şəxsiyyət vəsiqəsinin surəti;
✅Ali və ya orta ixtisas təhsili haqqında diplomun surəti;
✅Əmək kitabçasının surəti;
✅Yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.).
Bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük veriləcək:
1) Şəhid ailəsi üzvlərinə;
2) Daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
3) Pedaqoji stajı daha çox olan tərbiyəçilərə;
4) Həyat yoldaşının hərbçi, Vətən müharibəsi iştirakçısı, dövlət qulluqçusu olması;
5) Bütün namizədlər tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edibsə, test balı.

Oxunub: 123
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az