Pedaqoji şuranın fəaliyyət planına uyğun olaraq Qubadlı rayon Teymur Müskanlı kənd tam orta məktəbdə 25.06.2024 -cu il tarixində 2023-2024-cü tədris ilinin yekunlarına həsr olunmuş növbəti Pedoqoji şura iclası keçirilib.
İclasda direktor Nuranə Hüseynova, direktor müavini Afət Məmmədova, təşkilatçı Sevda Zeynalova , kitabxanaçı Aygün Əkbərova,psixoloq Lamiyə Xıdırova, pedaqoji heyət və sinif rəhbərlərinin hesabatları dinlənildi. Rəhbərlik tərəfindən “Müəllimlərin etik davranış qaydaları” na edilən əlavələr haqqında məlumat verildi, yeni təlimat iclas üzvlərinin diqqətinə çatdırıldı.
İl ərzində görülmüş işlərin vəziyyəti, II yarımil və illik nəticələrin təhlili aparılıb, lV və VI siniflərin monitorinq imtahanının, IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri, şagirdlərin sinifdən-sinfə keçmələri müzakirə olunub .
Məktəbin direktoru Nuranə Hüseynova cari məsələlərdən danışıb, 2024-2025-ci tədris ilində qarşıda duran məsələlər barədə tövsiyə və tapşırıqlarını verib. Müəllimlərin fikirləri və təklifləri dinlənilib. 2023-2024-cü tədris ilində pedaqoji fəaliyyəti ilə fərqlənən, tədbirlərdə aktiv iştirak edən pedaqoji işçilər fəxri fərmanla təltif olundu.
Oxunub: 229