Qarabağ qazisi Zeynal Mahmudov “Neftçilər günü” münasibətilə Fəxri Fərmanla təltif olundu.




Qarabağ qazisi Zeynal Mahmudov “Neftçilər günü” münasibətilə Fəxri Fərmanla təltif olundu.
Şamaxı rayonunun Məlhəm kənd sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı, Qarabağ əlillərinə Qayğı İctimai Birliyinin üzvü Mahmudov Zeynal Şövqi oğlu “Neftçilər günü” münasibətilə mükafatlandırılıb. O, Azəriqaz İstehsalat Birliyindəki səmərəli və nümunəvi əmək fəaliyyətinə, həmkarlar ittifaqındakı fəallığına görə Birliyin direktoru A.V. Məmmədov və HİK sədri Ə.Q. Qurbanov tərəfindən Fəxri Fərmanla təltif edilib.
Qazimiz, həm işgüzarlığı, həm də ictimai fəallığı ilə seçildiyi üçün kollektiv arasında böyük hörmət qazanıb. Zeynal Mahmudov Vətən müharibəsindəki iştirakını belə xatırlayır:
- Biz 44 günlük müharibədə olanda əsas məqsədimiz düşmənə qalib gəlmək idi. Ali Baş Komandanın rəhbərliyi ilə bu işi fərəhlə gördük. Dövlətimin, ailəmin və xüsusilə atam Şövqinin dəstəyi məni qələbəyə daha da yaxınlaşdırırdı. Bu müharibədə biz çoxlu şəhid verdik, amma Qarabağı Azərbaycana qaytardıq. Müharibədən sonra da dövlətin qayğısını daim hiss edirəm. Hal-hazırda Azəriqaz-ın işçisiyəm və bununla fəxr edirəm. Burada kollektiv Qarabağ iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşır. Buna görə də rəhbərliyə dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinə, xüsusilə Firudin Məmmədova və Şamaxı filialına öz təşəkkürümü çatdırıram.
Zeynal Mahmudovun həm döyüşdə, həm də əmək fəaliyyətində göstərdiyi fədakarlıq bir daha sübut edir ki, Vətən qarşısında xidmət yalnız cəbhədə deyil, gündəlik həyatımızda da davam edir.

Oxunub: 57
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az