Şirvanın səsi qrupunun üzvü, Çinarə Məmmədova (Çinarə Nur)



Şirvanın səsi qrupunun üzvü, Çinarə Məmmədova (Çinar
Şirvanın səsi qrupunun üzvü, Çinarə Məmmədova (Çinarə Nur).
1991-ci il iyulun 8-də Qəbələ rayonunun Kötüklü kəndində anadan olan Çinarə Məmmədova ədəbi mühitdə Çinarə Nur imzası ilə tanınır. O, “Qəbələnin Səsi” ədəbi yazarlar birliyinin fəal üzvüdür.
Çinarə Məmmədovanın yaradıcılığında vətən sevgisi və şəhidlərimizin xatirəsinə ehtiram xüsusi yer tutur. Onun şeirləri bir sıra kitab layihələrində işıq üzü görmüşdür. Məsələn,
Şəhid Ümman Əmiraslanova həsr olunmuş “Ümmandan Əbədiyyətə”,
Şəhid İlqar Ramazanova həsr olunmuş “Könüllərdə Qaldı İlqar”,
Şəhid Məhəmməd Qarayevə həsr olunmuş “Zirvədə Bitən Ömür”.
Bu kitabların hər birində Çinarə Məmmədovanın səmimi duyğularla qələmə aldığı şeirlər oxucuların qəlbinə yol tapmışdır. Hazırda onun bəzi şeirləri video formatında da təqdim olunur və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir.

Oxunub: 41
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az