Bizim məmləkətdə hər şeyin qiyməti var. Hətta səhvin də və bunun adı cərimədir.
Sürücülər səhv salmasın deyə artıq rəngləri oxumağı məktəbdə yox, yol kənarında öyrədirik. Qırmızı, cərimə. Sarı.... Hələlik yox, amma yaxın gələcəkdə onun da psixoloji təsiri üçün ayrıca tarif düşünülür.
Yol xətası, cərimə. Xətti keçdin, yenə cərimə. Xəttə baxmadın, oda cərimə.
Küçıdə olan süləy itlərı, yol vermədin, cərimə. Gəlin, razılaşaq ki, bu məmləkətdə ən təhlükəli yol hərəkəti iştirakçısı helə sən özünsən.
Siqaret çəkdin, cərimə. Çəkmədin, amma cibində siqaret var. Ətraf mühiti təhdid etdiyinə görə cərimə. Siqareti yuxuda gördün. Onun da analizini ver, yoxsa yenə cərimə. Ağac kəsdin, aydındır. Ağaca baxdın diqqətli ol, baxmaqla zərər vermisənsə, cərimə yenə səninlədir.
Amma bizikilər ədalətlidir. Deyir ki, cərimələr məvacibdən artıq olmasın. Məsələn, maaş 400 manatdırsa, cərimə də elə 399.99 olmalıdır. Bu, xalqın dostu prinsipi ilə tənzimlənir.
Bir məsələ də var ki, deyirlər, əgər cərimələr artırsa, demək, rifah halımız da artır. Çünki daha çox ödəyə bilirik! Gözümüz aydın! Hər 50 manatlıq cərimə, əslində kiminsə bizə olan sevgisinin qiymətidir, qiymətli sevgidir !
Amma yenə də mənim başa düşmədiyim bir şey varb ki;
- Biri efirdə "qatığlayır", ekrana çıxıb xalqın əsəbləri ilə oynayır cərimə yoxdur.
Kimsə evdə uşağını tərbiyəsiz böyüdür, o uşaq küçədə min nəfərin həyatını pozur, cərimə yoxdur.
Əməkdar artist xalqı suclayır, cərimə yox. Hələ bir qonaq kimi gəlib efirdə qalır da.
Beləcə, bir gün gəlib öyrənəcəyik ki, nəfəs almaq da cəriməlikdir. Amma narahat olmayın, nağd, köçürmə və ya kartla ödəyə bilərsiniz.
Alxas Məmmədov.