Son zəng bizə lazımdırmı?
( Satirik baxış )
May ayı gələndə məktəb içində qəribə bir canlanma başlayır. Valideyinlər və bəzi müəllimlər dərsdən çox toy-məclis planı qurur, imkanlı valideynlər pul yığımı üçün gizli, mason toplantılara qatılır.
Şagirdlər isə nə dərs, nə də imtahan düşünür. Əsas məsələ "son zəngdir". Bu zəng şousu müxtəlif formada yada ədribadski keçirilir.
Pul yığan deyəcək ki,
- Əlbəttə lazımdır. Yəni, bəhanəsidə belədir ki,
bu əzəmətli “əlvida günü” bəzi insanlar üçün ildə bir dəfə olur. Nənəm demişkən, məktəbdə elim öyrətməkdən çox, pul yığmaq üzrə ixtisaslaşan insanlar var ki, “son zəng” onların “mövsümi məhsulu”dur. Heləbil ki, bosdanda ərik yığrlar.
Pul verən ,yazığ, valideyin isə pıçıldayacaq ki, bu nə işdir düşdük. Lazım deyildi.
Təxmini biri 100, biri 150 manat verəcək. Bəy və xanım geyim, bahalı bəzək, bəzədilmiş avtomobil, yekə tort, musiqi və videoçəkili. Axırda isə yevovijin müdsbiqəsi.
Adı “son zəng” olsada çox vaxt bəziləri üçün sonluqda olur.
Fotoqraf, aparıcı, dizayner, rəqqas, limuzin sürücüsü... hamısı hazır vəziyyətdə, çünki “son zəng” gəlir, bərəkət gətirir.
Xalq demişkən, bu gün məktəbə köhnə şagirdlərdə baş çəkir.
Dərsə gəlməyən uşaqlar da son zəng günü tədbirdə möhkəm iştirak edirlər. Onlar üçün bu, yeganə məktəb xatirəsidir.
“Sovetin qalığı” deyirlər buna…
Ənənə gözəldir, amma yerində.
Müasirlik deyib biədəbliyə yuvarlanırıq.
Mini yubkalar, açıq geyimlər budur son zəng.
Rəqs yarışması, moda şousu, gözəllik müsabiqəsi bəs savad ?
Ədəbi bilik yox, əyani bəzək ön plandadır. Elə bil dərsliklə yox, güzgü ilə oxuyublar.
Sonda diplom yox, əksəriyyətə hərbi bilet qismət olur.
Dava, içki, maşın şouları son zəng və son nəfəs...
Allah uzaq eləsin.
Oxunub: 42