Qəzəb.




Qəzəb.
Londona yenicə gəlmiş  amerikalı bir kafeyə girir. Küncdə bir qızıldərili hindunun oturduğunu  görüb pulqabısını çıxarır və əsəbi halda ofisianta səslənir:
-Bu küncdə oturan qızıldərilidən başqa hər kəsin yeməkpulunu mən verirəm.
Ofisiant ödənişi qəbul edib, kafedəki müştərilərin yeməklərini paylamağa başlayır. Küncdə oturan hindu üzünü amerikalıya çevirib sakitcə «Təşəkkür edirəm « deyir. Onun bu soyuqqanlı davranışı amerikalını lap özündən çıxardır. Yenidən pulqabını çıxarıb ofisiantı çağırır və uca səslə bağırır:
-Bu küncdə oturan qızıldərilidən başqa hər kəsi şəraba və əlavə yeməyə qonaq edirəm.
Ofisiant yenə ödənişi qəbul edib amerikalının sifarişlərini yerinə yetirməyə başlayır. Qızıldərili adam bu dəfə  gülümsəyərək «Çox sağ olun, ser» deyərək təşəkkür edir. Bu davranış amerikalını təəccübləndirir. O, piştaxtaya yaxınlaşıb barmendən soruşur:
-Bu adamın nəyi var? O dəlidir?
Barmen də gülümsəyərək cavab verir:
-Xeyr, ser. O, bu kafenin yiyəsidir.
Çalışın, həmişə qəzəbdən uzaq durun. Qoy düşmənləriniz bilmədən sizin xeyrinizə işləsinlər. Əgər haqlısınızsa, qəzəblənməyə ehtiyac yoxdur. Əgər səhv edirsinizsə, qəzəblənməyə haqqınız yoxdur. 
 Şəbəkədən.

Oxunub: 93
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az