Öz xalqı üçün milyonlarını xərcləyən Hacı Zeynalabdin Tağıyev ömrünün son aylarında kifayət qədər kasıblamışdı. Onun ailəsinin bir qulluqçusu axıra qədər Hacıya sadiq qalaraq, onlarla yaşayırdı.
Bir gün onun evinə qonaq gəlir. Hacı öz qulluqçusuna pul verir ki, qonağa dolma bişirilsin və bu səbəbdən də ət ilə düyü alsın. Qulluqçu dükana gedib qayıdır və yeməyi hazır edir. Hacı süfrədə yeməyi dadarkən hiss edir ki, dolma ətsiz, yəni təkcə düyü ilə bişirilib. Kənarda qulluqçudan niyə ətsiz dolma bişirdiyinin səbəbini soruşur. Qulluqçu deyir:
- Hacı, vallah, utandım sizə deməyə... Getdim ki, ət və düyü alım. Dükançı düyü verdi, amma ət vermədi. Dedi ki, Hacıya deyərsiniz, dükana olan borcu çoxdur. Ət verə bilmərəm...
Vaxtilə həmin dükançının dükan açmasına H.Z.Tağıyev köməklik göstərmişdi. Hacı Zeynalabdin Tağıyev bu hadisədən çox təsirlənir və səhəri gün dünyasını dəyişir...
Xalqımızın böyük oğluna Allah rəhmət eləsin!
Oxunub: 156