Ağa Cəfərli haqqında..




Ağa Cəfərli haqqında..
Ağa Cəfərli çox gözəl bir insandır. Onunla tanışlığımız təsadüfən Kardealoqiya institutda
oldu. Mən orada müalicə alırdım. Ertəsi gün Ağa ora gəldi və ilk tanışlığımız səmimiyyət içində quruldu.
O da peşəkar mətbuat işçisidir, mən də. Ağa məni axtarıb tapdı ki, burda mətbuat nümayəndəsi var. Bir dost, bir həmkar kimi yaxınlıq göstərdi və öz köməkliyini mənə təklif etdi.  Belə diqqəti gördüm və mənə çox xoş oldu.
Sonralar da səmimiyyətimiz artdı. O, çox gözəl insandır, peşəkar insandır. Ən əsası isə özünə dəyər verən, peşəsini hər zaman ön planda tutan biridir. Mən gördüm ki, insan şəxsi səhhətində problem yaşasada belə, peşəkarlığını unutmur, öz yolundan dönmür.
Ağaya uzun ömür, möhkəm can sağlığı arzu edirəm. Ağa, nə yaxşı ki, varsən ! Bizim müalicə günlərimiz bir dostluğun başlanğıcına çevrildi. Uğurlar sənə, qardaşım !

Oxunub: 60
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az