İRİA nümayəndə heyəti ilə görüş keçirilib.
22 avqust tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində (EATDA) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) idarə heyətinin sədri Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş təşkil olunub.
Görüşdə informasiya texnologiyaları sahəsində, o cümlədən kibertəhlükəsizlik, data analitika və tətbiqi riyaziyyat ixtisasları üzrə ikili diplom proqramlarının yaradılması, tələbələr üçün təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Daha sonra İRİA tərəfindən informasiya texnologiyaları sahəsində həyata keçirilməsi nəzərdə tutulan yeni təlim layihələri barədə məlumat verilib və bu istiqamətdə mövcud təcrübə mübadiləsini aparılıb. Qeyd edilib ki, layihələr ölkədə rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən ixtisaslı kadr potensialının formalaşdırılmasına və gənclərin İT bacarıqlarının inkişafına xidmət edəcək.
EATDA-nın sədri Ülkər Səttarova müzakirə olunan təşəbbüslərin aktuallığını vurğulayıb və onların ölkədə keyfiyyətli kadr hazırlığına, eləcə də gənclərin rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcəyini qeyd edib. O, EATDA-nın irimiqyaslı təlim proqramlarının təşkili sahəsindəki təcrübəsini nümayəndələrlə bölüşüb.
Oxunub: 25