Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusar rayonu, Həsənqala kənd məscidini ziyarət edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusar rayonu, Həsənqala kənd məscidini ziyarət edib.Məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Komitə sədri bildirib ki, dövlət insanların fiziki təhlükəsizliyini, sağlamlığını, rifahını, fundamental hüquqlarını təmin etməklə bərabər, həm də mənəvi-əxlaqi dəyərlərini, o cümlədən etiqad azadlığını qoruyur. Cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən din xadimləri də sağlam dini mühitin mənfi təzahürlərdən qorunmasında səmərəli fəaliyyət göstərməli, dinlə bağlı neqativ tendensiyalara qarşı mübarizədə aktiv olmalıdırlar.
Oxunub: 80