Mikrofonuda tərlədən natiq....



Mikrofonuda tərlədən natiq....
Heç bilmirəm bu adam efirə çıxanda nə danışır, amma bircə onu bilirəm ki, danışdığı hər şey yer kürrəsində yeni bir mistik dillər kateqoriyası yaradır. Elə bil öz-özünə kod yazır, amma bu kodu nə cəmiyyət tanıyır, nə də beşinci sinif şagirdi. Mikrofonun özü də təngə gəlib artıq, sonuncu verilişdən sonra studiyadakı mikrofon qutusuna girib üzərinə yazı yapışdırıblar ki, yalnız instrumental çıxışlar üçün.
Savad, oda var. Amma qıcqırıb. Hə, düz oxudunuz, qıcqırıb. Deyirlər, savadı çox olan adam ağıllı olar. Bu adamda savad var, amma o savad elə bil tavan arasında unudulmuş köhnə kompot bankasıdır, üstü tozlu, içi köpüklü, açsan patlayar. Maraq üçün soruşanlara deyirlər ki, bu savadı hardan alıb ? Cavab isə : 
- Görünür Lalafondan, özüdə endirimindən götürüb, amma tarixi keçmişdi.
Amma nə yalan deyim, kişi millətin gülüş ehtiyacını da qarşılayır. Hər çıxışı bir kloun effekti yaradır. Camaat ekran qarşısında qəhqəhə çəkir, sosial şəbəkədə paylaşır ki: 
- Əgər özünü pis hiss edirsənsə, bu adamın çıxışına bax, xoşbəxt olarsan.
Artıq xalq arasında yeni bir atalar sözü də formalaşıb ki:
- O danışanda mikrofon da özünü karlığa vurur.

Alxas Məmmədov.

Oxunub: 50
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az