Növbəti Qarabağ konfransı keçirildi.



Növbəti Qarabağ konfransı keçirildi.
Beynəlxalq Qarabağ Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qarabağ dünən, bu gün və sabah” adlı 24-cü elmi-praktiki konfrans keçirilib.
Konsfransı Azərbaycan Dövlət İdarəetmə Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova açıb. O, həm bu günə qədər keçirilən konfranslar, həm də bu gün keçirilən konfransın məqsədi və mahiyyəti ilə bağlı məlumat verib.
Tarix üzrə fəlsəfə doktorları Akif Nağı,  Çingiz Məmmədov, Elmira Məmmədova, Tarix elmləri doktoru, professor Sevinc Əliyeva və digərlərinin məruzələri dinlənilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb. Akif Nağının “Mənbə və terminlər konseptual yanaşmanın vacib şərtləri kimi” mövzusunda etdiyi məruzə geniş şəkildə müzakirə olunub, müxtəlif fikirlər səsləndirilib, təkliflər verilib. 
Müzakilərdə Firdovsiyyə Əhmədova, Çingiz Məmmədov, Elmira Məmmədova, Sevinc Əliyeva, Şamil Mehdi, Bəyim Abbasova, Günel Buludzadə, Elnarə Məmmədova, Tacəddin Əyyubov, Tahir Süleymanov və başqaları fəal iştirak ediblər.

Oxunub: 58
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az