Abşeron rayon Mədəniyyət Mərkəzində “İnsan Hüquqları Aylığı” çərcivəsində dəyirmi masa təşkil olundu
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı gerçəkləşən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Samirə Qafarova bildirib ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda insan hüquqları sahəsində ilk Dövlət proqramı Prezident Heydər Əliyev tərəfindən təsdiq edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşıb, dövlət başçısı tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramı ilə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulub. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də insan hüquqlarına, xüsusilə də uşaq hüquqlarının qorunmasına xüsusi diqqət göstərilir.
Oxunub: 160