Süni İntellekt dünyanı alır, biz isə hələmdə prikol çəkirik.



Bir gün dostum danışır ki, filan rayonda böyük şairin bir heykəlini qoymaq qərarına gəliblər. Əvvəl dedilər ki, kişi ayılıb da, monumental heykəl olsun üç metr boy, dağ kimi çiyinlər, əlini də irəli uzadıb şairlərə yol göstərən pozada. Memarlar simetrianı, ölçüləri götür-qoy eləyəndə gördülər ki, bu boyda insanın heykəli elə insanın özündən də böyük xərc istəyir.
Nə isə, yığışıb məsləhətləşirlər. İçlərindən biri durub deyir:
- Bir az düşünək. Bəlkə kişini ayaqüstə yox, oturan vəziyyətdə düzəldək ? Oturan insanın boyu yarıya enir, xərc də yarıya düşər…
Hamı baxır, fikirləşir ki, ayə, düz deyir ha. Elə bil Arximed suyun içində “Evrika” qışqırmışdı.
Hə, beləliklə qərara gəlirlər ki, dahi şairin heykəli oturaq olsun. Oturtmaqla da işlər qurtarmır. Bir müddət sonra maliyyə şöbəsi yenə gəlib deyir ki, büdcə bir az daralıb, bir az da qənaət lazımdır.
Bu dəfə təklif gəlir ki;
-Əşi, bu oturan adamın da ayaqları çox yer tutur. Onsuz da oturubsa, ayaqlar kadrdan kənarda da ola bilər. Atın getsin ayaqları…
Beləcə, artıq heykəl dizdən aşağısı olmayan dahi kimi planlaşdırılır. Lap qəhrəmanlıq filmində yaralanmış general kimi.
Bir az da keçir, büdcə daha da qısalır. Bu dəfə gələrək deyirlər ki;
-Qardaşlar, belə getsə heykəlin özünə də pul çatmayacaq. Elə gəlin kişinin göbəyindən yuxarısını düzəldək. Onsuz da əsas düşünən şair başdır.
Beləcə, heykəl daha da optimallaşdırılır, artıq yarı büst, yarı heykəl, yarı qənaət planı. Sonda elə vəziyyət yaranır ki, heykəlin yalnız başı qalır. Ona da lövhə vururlar ki;
-Dahinin heykəli, minimalizm nümunəsi. Büdcəyə uyğunlaşdırılmış versiya.
Və hamı da öz-özünə qürurla deyir ki;
- Bizim beyin var e… Əla işləyir. Amma baxır harda.

----------------------------------------------------------------------------------------------------------------------------

Süni İntellekt dünyanı alır, biz isə hələmdə prikol çəkirik.
( Satirik məqalə )
Dünyanın harasına baxırsan, süni intellekt insanı keçib, aya qalxıb, xəstəlikləri diaqnoz edib, robotlara beyin taxıb, hətta bəzi ölkələrin parlamentində oturub qanun yazır.
Bizdə isə süni intellekt ən çox, mənə bir dənə söyüşlü prikol hazırla tapşırığı alır.
Nə bilim, bəlkə də bu da bir inkişafdır amma hansı istiqamətə doğru olduğu haqqında Nasada da açıqlama verə bilmir.
Bizdə süni intellektlə təmas strategiyası ya sevgi ya prikol yada dini mövzuda olur.
Dünyada isə,
xərçəngin erkən mərhələsi tapılır,
okeanlardakı balıqlar sayılır,
qlobal iqtisadi proqnozlar hazırlanır.
Bizdə isə, qardaş bu videoda mənə hörük qoy, amma qız kimi yox ha..
Səsimi dəyiş, şou edim göndərim qohumlara.
Prikol çıxart, qoyum TikTok-a, 5000 baxış gəlsin.
Elə bil süni intellektin missiyası insanlığı xilas etmək deyil, şənlik evi animasiya şöbəsi kimi işləməkdir.
Bizim ixtira ? Hə, o hardasa 1980-lərdə qaldı…
Soruşursan ki, axır vaxtlar ölkənin hansı ixtirası ilə dünya silkələnib ?
Sizə rəsmi cavab verim;
-Heç biri.
Yeganə texnoloji yenilik odur ki, artıq prikol videoları 4K rejimində hazırlanır. Qabaqcıl texnologiya,  qabaqcıl mədəniyyət.
Cəmiyyət bu barədənə edir?
- Dünyada uşaqlar 5-ci sinifdən robot yığır.
Bizdə 5-ci sinifdən, uşaq ya alma sayır yada qaz.
Universitetlərdə AI-lə bağlı kurslar var, amma tələbə dərsi bitirəndə yalnız bir cümləni mükəmməl bilir ki; - ChatGPT-də soruşaram.
Bizdə  süni intelektin davranışı necə işləyir?
Hər hansı bir gənc çıxıb real AI layihəsi təqdim etsin, kənd təsərrüfatı üçün analiz sistemi?
Təhsil üçün ağıllı platforma?
İqtisadi proqnoz modulu?
Həmin anda deyilir ki;
- Bunun nə mənası var?”
Əşi, onsuz da alınmayacaq.
Prikol çək, daha yaxşıdır.
Nəticədə gənc də düşünür ki, ağıllı iş görməkdənsə, ağıllı zarafat edim, daha yaxşı qarşılanar.
Bəs niyə belə oluruq ?
- Çünki biz hər qabaqcıl texnologiyanı dərhal zarafat obyektinə çevirən nadir toplumlarıq.
3D printer çıxıb ?  Plastik qarpız çap edəcəyik.
Dron verilib ?  Qohumların pəncərəsinə yaxınlaşdırıb qorxudacağıq.
Süni intellekt ?  Əlbəttə ki, ilk tapşırıq, bir dənə məndə olan tanışa söz göndər.
Sonda yekunum nədir;
- Biz deyirik ki, geridə qalmışıq.
Bəlkə də düz deyirik.
Bəlkə də doğrudan da biz qırmızı kitablıq bir obayıq, nəslimiz təhlükə altında deyil, ama ağıl istifadəsi təhlükə altındadır.
Amma yenə də ümid var. Çünki bu yaşayışı  belə süni intellekt yazmır. Siz  yazırsınız. Siz prikol çəkib, mahnı oxuyursunuz, deməli, hələ tam batmamışıq.

--------------------------------------------------------------------------------------------------------

Maşın alverçisinin bir gününü izləmək bəzən elə bil Discovery kanalında nadir nümunələr və onları necə tapmaq olar verilişinə baxırsan, tək fərq odur ki, burdakı nadir nümunə maşın deyil, satıcının uydurduğu bəhanələrdir.
Maşın alverçisi maşını satmaq üçün elə hoqqalar çıxarır ki, adam heyran qalır:
- Kapotu açanda motorun səsi gəlmirsə, deyir; -Qardaş, bu səssiz işləmə sistemidi.
- Təkərin biri yumru, biri kvadratdısa, ekonom rejim, şəhərdə super tutur.
-Spidometr işləmir ? O, əslində işləyir, sadəcə kompliment olaraq rəqəm göstərmir.
Amma məsələ burda bitmir.
Əgər satıcı molladısa, onda iş tamam başqa cür olur. O səni maşından çox imanla yola gətirir;
-Vallah-billah, bu maşına ancaq halal antifriz tökülüb.
- Səninlə açıq danışım, bu maşının salonda söyüşü olmayıb. Söz verib qalan yerdə sakit dayanır.
- Bu maşın elə-belə maşın deyil e… qeyri-adi maşındır, yiyəsini özü tapır. Səni seçib.
Bu sözləri deyəndə elə bir təsir bağışlayır ki, adam az qalır maşını yox, maşının niyyətini oxutdursun.
Və nə qədər gülməli olsa da, həqiqət dəyişmir.
Əsl maşın alverçisinin bircə and içməyi yoxdur.
Çünki and içsə, ya maşın qaçar, ya özü.
Qısası, maşın alverçisinə inanmaq qaranlıq otaqda qara  pişik axtarmağa bənzəyir, bəlkə pişik yoxdur, amma səni inandırmaq üçün mütləq miyoldadacaq.

------------------------------------------------------------------------------------------------------------------

Satirik məqalə ( yenidən işlənmiş futbol versiyam )
Kriştianu Ronaldunun da iştirak etdiyi bir şam yeməyində Donald Tramp zarafatla bildirib ki, guya kiçik oğlu Barronu məşhur futbolçu ilə tanış etməklə ondan daha çox hörmət qazanıb. Sanki dünya siyasətinin taleyi deyil, Ronaldonun imzası əsas məsələdir.
- Bilirsiniz, oğlum Ronaldunun böyük fanatıdır, deyə Tramp qürurla bəyan edib.
Ardınca da əlavə edib ki, Barron onunla görüşdü. Düşünürəm ki, sizi görüşdürəndən sonra o, atasına bir az daha çox hörmət edir.
Yəni görünür ki, müasir dünyada artıq hörmət və nüfuz seçkilərlə, siyasi proqramlarla qazanılmır, bir selfie, bir də Ronaldonun yanında çəkilmiş foto kifayətdir.
Biz isə burada… uzaq başı bir top buraxanda sevincindən göz yaşını axıdan azarkeş kütləsi düzəldə bilirik. Futbol bizdə hələ də emosiya idarəetməsi üçündü, inkişaf üçün yox. Ən çox sevdiyimiz taktika isə günahkar axtarmaq hücumu.
Halbuki ölkədə elə potensiallı uşaqlar var ki, düzgün şərait olsa sabahın Ronaldosu, Mbappesi ola bilərlər. Amma nə etmək ? Maddiyyatla, biganəliklə, rayonları qovmaqla öz-özümüzə mane oluruq.
Futbolu həqiqətən inkişaf etdirmək üçün isə bircə şey lazımdır,
peşəkarlar gətirmək, kasıb uşaqların yolunu açmaq və onları zver kimi yox, futbolçu kimi yetişdirmək.
Dünyada siyasətçilər Ronaldonun fanat sevgisindən hörmət artırıcı vasitə kimi istifadə edirlər,  biz də heç olmasa futbolda uşaqların gələcəyinə yardımçı olaq. Bəlkə onda bizim də bir gün xəbərlərimiz başqa ölkələrdən yox, öz uğurlarımızdan yazılar.

---------------------------------------------------------------------------------------------------------------

Xoşbəxtlik nə göydə, nə də yerdədir.Bəs hardadır ?
Facebook dostumuz Adel Kabulun yazmışdı ki, xoşbəxtlik nə göydə, nə də yerdədir. Söz gözəldir, amma problem ondadır ki, bizim camaat bu cümləni eşidən kimi başlayır göyə baxmağa. Elə bil xoşbəxtlik buludun arxasında gizlənib, ya da göydən dördbaşlı qıratla enəcək. Bir az da belə davam etsək, bəziləri başını qaldıra-qaldıra qaranquş yuvasına girib çıxmayacaq.
Deyirlər ki, insan öz bəxtini göydə axtarmamalıdır. Bizimkilər isə tərsinə, hara elçi gedirlərsə, o evin tavanına baxıb. Bu evin bəxt ulduzu yüksəkdədir, qız yaxşıdır deyirlər. Əzizlərim, bəxt ulduzu deyil, o lampadır, 60 vatlıq. Sönsə, bəxtiniz yox, işığınız gedəcək. Biri də var ki, xoşbəxtlik yerin altındadır deyir…
Bu da başqa problem. Eləsi var ki, yerin altında xoşbəxtlik var deyib elə həyatda başını aşağı salıb gəzir ki, bir gün ayağını kanalizasiya lyukuna salıb xoşbəxtliyi orada tapacaq. Hər şeyin də öz yeri var axı.
Başını o qədər aşağı salma ki, haqqını tapdalasınlar. Bizdə haqqını qoruyan adam ayıbdır, amma başını aşağı salıb susan adam mədəni sayılır. Sonra da cəmiyyət onun boynuna elə minib sürür ki, adamı dəvənin belindən salmaq mümkün deyil, cəmiyyət düşmür ki düşmür.
Xoşbəxtlik hardadır bəs ?
- Nə göydə, nə yerdə, ortada. Yəni normal yerdə. Elə yerdə ki, insan düz durur, fikri də yerində olur, göyə baxmır, yerə baxmır. Sadəcə düz baxır. Amma düz baxmaq da hər adama görə deyil. Bizim bəziləri düz baxanda belə elə bil kiminsə günahını axtarırlar. Elə bil xoşbəxtlik qapı arxasında gizlənib, tapanda ha, tutdum səni. deyəcəklər.
Məsləhətim;
- Başını çox da göyə qaldırma, cibi görünür, oğru çoxdur.
Başını çox da yerə salma, haqqını tapdalar, sonra gileylənərsən ki, mənə niyə belə oldu.
Başını bir az dik, bir az sakit, bir az da ağıllı saxla. Onda nə cəmiyyət boynuna minə biləcək, nə bəxt qaçıb göyə qalxacaq, nə də səni yerə basdıracaqlar.
Xoşbəxtlik sadədir, adam özünü əydirməyəndə, özünü göylərə də qaldırmayanda sizi tapır.

-----------------------------------------------------------------------------------------------------------

Zatı qırığın qısa ensiklopediyası.
Müasir insanların çoxu uşağı dillə tərbiyə etməyə üstünlük verir. Yox e, bu bizlik deyil. -Gəl bala, belə eləmə, elə olmasa olmaz, nədi bu? Uşaq da elə bilir ki, səni sözlə yola verib qaçacaq öz mərdimazalığına. Vallah, ağzında uşaq demək düzgün deyil. Uşaq bilməlidir ki, etdiyi işin bir qorxusu, bir cavabı var.
Razıyam, uşağa azadlıq vermək lazımdır amma yaşına uyğun. Yoxsa Şamaxının küçələrində 9 yaşlı uşaq maşın sürüb ailəsini yaddan çıxarırsa, orda tərbiyəni deyil, artıq bəxti ağladan başqa şeyləri müzakirə eləmək lazımdır. Dədədə sevinir ki, oğlum maşın sürüb, qayda pozur. Sonda aşır və ölür..
Məsələn, vaxtında babası süləy olub, atası hardasa  guya pul qazanıb, əslində də pirajki yeyib, indi də uşaq küçədə at çapırsa, deməli bu nəslin kökündə nəsə problem var. Elə məhlədə bizim dediyimiz kimi,  zatı qırığdır..
Küçədə eşşək kimi qışqırmaq, parkları zibilə döndərmək, maşını camaatın gözü qabağında mahnı səsi ilə sürətlə sürmək, yanında-bu-yanında söyüş söymək, qızlara söz atmaq… Hə, bax bunlara deyirlər zatı qırığ.
Bəs bu zatı qırığ nədir?
- Elə bil bir paket qeyrəti götürüb, üstünə də qaynar su tökürsən. Qoyursan 30 saniyə ağzında dəmlənsin. Bax budur, qeyrətin hazırdır ! Sadəcə problem ondadır ki, bu hazırlanma üsulu  insanın sağlamlığına çox ziyandır. Çünki məhlə ekspertlərinin fikrincə, bu qeyrət paketləri daim istifadə olunsa, insan tamamilə xarab olur, nəticədə də ortada gördüyümüz qırağ nəticələr peyda olur.

------------------------------------------------------------------------------------------------------------------

Deyirlər ki, dünyanın axırıdır, heç kim inanmır amma belə hadisələri görəndə adam fikirləşir ki, bəlkə də təqvim düz gəlir.
Kitaylı Cen.
Deməli, bu kitayskiy kişi marafonu 3 saat 28 dəqiqəyə qaçıb.
Sonunda 1500 nəfərin içində 10-cu olub (yaxşı ki, birinci olmayıb, yoxsa siqaret şirkətləri sponsora çevriləcəkdi).
Amma əsas möcüzə nədir ?
Bu külbaş Cen marafonu siqareti ağzından düşürmədən qaçıb! Nə nəfəsi kəsilib, nə külü. Külü də yarış boyu küləklə bir ritmdə gedib.
Mən də neçə illərin məşçi müəllimiyəm, idman zalında nələr görməmişəm…
Adamlar məşqi bitirir, tərlə-bürünmüş halda çölə çıxanda birinci sözləri;
- Ay dayı, bir siqaret yandırım, dincəlim.
Elə bil siqaret onların oksigen balonudur.
Onsuz da bizdə belə bir inam var ki,
kim idmanla məşğuldursa, deməli 100 faiz xəstədir.
Sağlam adam evdə oturar, çay içər, instagramda koment yazar. Qaçmaq nədir, kimə nə sübut edirsən axı? 
Ona görə də məni bu kitaylı Cen təəccübləndirmir:

----------------------------------------------------------------------------------------------------------------

Eh, mən öləndən sonra…
Ölən kimi hamı başlayır rəhmətliyi göylərə qaldırmağa. Elə bil hamının ağzında eyni söz çıxır ki;
- Son qəminiz olsun, yeri cənnətlik olsun.
Qardaşım, sən hardan bilirsən bu adam o qədər yaxşı olub ? Nə vaxtdan Tanrının yerinə sən qərar verirsən ? Vallah bu yalan təriflərdən ölünün özü də utanıb qəbirdə çönər. Axı bu məxluq yaxşı insan olmayıb....
Ərəblərin xurma biznesi isə ayrıca dərddi. Xurmanı elə yas brendi kimi bizə sırıyırlar. Kilosunu görən ölü özü dirilər, gedib qiymətə etiraz edər.
Sonra başlayır, ölü riyaziyyatı”: 1, 3, 7, 40, 52, ili… üstəgəl hər cümə axşamı bir “seans”. Elə bil qəbirin yanında xronometrlə işləyən var.
Bu mərasimlərdə millətin nədən danışdığı isə ayrıca komediyadır. Akazıvayetsə, torpağın üstündəki camaat torpağın altındakı bütün Munkir-Münkirin suallarını əzbər bilir. Hətta bəziləri qabağa düşüb ölü əvəzinə cavab da verir. Elə bil ölü müsahibəyə gedə bilmir deyə, nümayəndə göndərib.
Bir də görürsən yazıq ölünü qəbirə qoyanda Krosna antenası kimi reqilirovkada edirlər.
- Bir az sağa fırlad. yox, soldan siqnal daha güclüdür…
Ölünün üstündəki lapatka məsələsini demirəm hələ.
Lapatkanı sol əllə vermə…
Yerə at torpaq düşməsin…
Tək sayla torpaq atmaq haram…
Bu nə lapatka yox, elə bil ritual kodları ilə işləyən dəmir parçasıdır.
Bir də bu düyü niyə qəbrin üstünə səpilir, onu heç kim izah edə bilmir. Bəlkə quşlara çörəkpulu kimidir ?
Sonda isə bir nəticə çıxır ki, #@çalışın ölməyin. Belə getsə, sizi qəbirdə saltoda
vurduracaqlar…

Alxas Məmmədov.

-----------------------------------------------------------------------------------------------------------------


Oxunub: 79
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az