Biləndə danışır, bilməyəndə.



Biləndə danışır, bilməyəndə.
Əsl bizim  fenomen, bilən adam sakitdi, bilməyən isə faktlarla danışır,  “day mən belə eşitmişəm, yəqin elədi də !”.
Sübut ?- “Qonşu dedi, deməsəydi niyə desin ?”
Dəhşətdi...
 Bizim acı reallığımızı bəzən elə çılpaq qoyursan ortalığa ki, lüt-anabülbül belə utanar.
Amma tapılar bir bülbülsevər,  dərhal şərhə yazar ki, 
hu bala, bülbülü hələm tükənməyib, sən narahat olma.
Bax, bizdə hər şey belədi;
- Elm gedir bir tərəfə, şayiə akademiyası başqa tərəfə.
- Fikri olan susur, fikri olmayan status yazır.
- Bəzən beynəlxalq temasında  həqiqəti danışan təxribatçı olur, uyduran vətənpərvər.
Və ən sonda, hamı bir ağızdan deyir ki, 
bizdə hər şey yaxşıdı, sadəcə bir az pisdi. Heç kim demir ki, bu pislikdən neçə çıxaq ?

---------------------------------------------------------------------------------------------------

Kişi ağlamazmış…
Bunu kim deyibsə, yəqin ya subay olub, ya da kredit ödəməyib.
Axı kişi niyə ağlamasın?
Qadın ağlayanda deyirlər emosionaldır,
Kişi ağlayanda deyirlər zəifdir.
Yəni, kişi göz yaşı çıxarmaq istəyirsə, əvvəl müdirin icazəsini almalıdır.
Kişini nələr ağladır?
- Övladı fərsiz çıxanda. (Atasından çox tiktokdan tərbiyə alan uşaqlar var indi…)
-Arvad deyəndə,  sənin maaşın yenə az gəlib!
-  Və ya dost toydan sonra deyəndə ki, qardaş, sən çox dəyişmisən…
Bəzən kişi ağlayır, amma səsi gəlmir. çünki səsboğucu kimi həyat yoldaşı var.
Bəzən ağlayır, amma gizlində, çünki uşaqlar ata zəifdir  deməsin.
Ən çox da maaş kartında 0.72 qalıq görəndə ağlayır, amma toz düşdü gözüma deyir.
Kişi ağlamaz deyirlər...
Əslində ağlayır, amma vayfay zəif olduğuna görə kadrları heç kim görmür.

------------------------------------------------------------------------------------

Bilirsən niyə məndən qorxurlar ?
( Satirik, düşündürücü bir yazı )
Bilirsən niyə məndən qorxurlar ? Ona görə ki, mənim sakitliyimdə tufan yatır. Mən danışanda bəziləri eşitmir, amma hamısı qulağları titrəyir. Çünki bilir, mən sözlə vura bilirəm, amma gülərək.
Dostlar bilir ki, mən yanındayam. Elə düşmənlər də bilir ki, yaxındayam. Fərq ondadır ki, onlar üçün bu, xoş xəbər deyil.
Mən güləndə bəziləri də gülür, amma sevincdən yox, qorxudan. Çünki gülüşüm bəzən güzgü kimidir, hər kəsi öz içi ilə üzləşdirir. Hər gülüşdə bir mesaj, hər baxışda bir xəbərdarlıq gizlidir. Amma bir şeyi unutma ki, qorxunu nifrətə çevirmək asandır, amma mənim işim o deyil. Mən nifrəti doğurmaq yox, düşündürmək istəyirəm. Qorxudan titrəyənlər bir gün anlayacaqlar ki, qorxmaq yerinə dəyişmək, hörmətlə yanaşmaq  daha asandır. Düşmənlərim çox şey bilir, amma bir şeyi hələ dərk etməyiblər ki, mənim gücüm nifrətdə deyil, susqunluğumda, gülüşümdə və ədalətimdədir.

Alxas Məmmədov.

--------------------------------------------------------------------------------------------------------------


Oxunub: 46
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az