Flora xanım…
Söhbət etdikcə insanı yormayan, sadə və mehriban, amma eyni zamanda kalifey və intelektual bir sənətkardır. Ulduz xəstəliyinə tutulmayan, ləkanik danışan və hər sözü ilə diqqəti cəlb edən bir insan. Tanışlığımız təxminən 2010-cu ildən sonra təsadüfən baş vermişdi.
O zaman Etibar Salmanovun yadacılıq gecəsində Xırdalanda parkda idi. Mənim çıxışım onun yazdığı kitablar barədə nəzərdə tutulmuşdu. Səhnənin arxasında Flora xanımı gördüm, yaxınlaşıb salamlaşdım və bir az da olsa söhbət etdik. O anda anladım ki, o, ən oxumuş və savadlı estrada sənətçilərimizdən biridir. Demək olar ki, estradamızın canlı arxividir.
Mən sevdiyim estrada müğənnisi Oqtay müəllimi soruşdum. Ən sevdiyim mahnısında olan sözlər " Qaytar mənim sevgimi o, sənə lazım deyil "
Flora xanım dedi ki, Oqtay ali cənab insan idi. Mədəni, tərbiyəli, yerin bilən müğə idi. Amma dayaqı olmadığı üçün çoxdan irəli gedə bilmədi.
Sonralar onu görmədim, amma hələ də yaddaşımda parlaq bir insandır. Flora xanım yalnız sənətçi deyil, həm də insanlıq nümunəsidir. Belə insanlar nadir doğulur.
Oxunub: 49