Həyatdan bir fraqment.



Həyatdan bir fraqment.
Təhalığdan qorxmayan insan zamanla təhlükəli bir insana çevrilir. Amma bu, mənfi mənada təhlükə deyil. Onun özünə güvəni artır, başqalarına da güvən verir. Belə insan özü-özlüyündə bir dayaq olur və başqaları da ondan güc alır. Məhz buna görə də bəzən görürsən ki, bu cür insan başqalarına qıcıq doğurur. Onlar sual edirlər ki, niyə bu adam, məsələn, filankəsin zəngini gözləmir ? Niyə kiminsə diqqətini axtarmır ? Çünki o insan o qayğını, diqqəti heç vaxt sizdən görməyib. Ona görə də yoluna davam edir və sizonun  üçün tarixdə qalırsınız.
Mənim məsləhətim odur ki, belə bir insana sonradan ikinci üzünüzü göstərib yaltaqlanmayın. Çünki siz onun üçün lazım deyilsiniz. Lazım olduğunuz məqamlarda gizləndiniz, hər biriniz bir tərəfə çəkildiniz. İndi isə o, təkliyini dəf edib və yoluna davam edir. Deməli, hər kəs öz yoluna getsə, daha yaxşı olar.

Alxas.

Oxunub: 31
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az