Ailədə kişi problemləri.


Ailədə kişi  problemləri.
Bəzi xanım oxucular yazırlar ki, həyatdakı ən böyük problemimiz kişilərdir. Qadınlar hesab edirlər ki, kişilərsiz dünya daha rahat olardı. Amma gəlin baxaq, bu problemin patent hüququ kimə məxsusdur Düzdür, qadınların özünə. Çünki kişiləri doğan, böyüdən, ərköyünləşdirən də qadınlardır. Bir sözlə, problemin mənbəyi siz xanımlarsnıız. Kişilərdə nəticə.
Kişilərin də problemi var ki, onlara qulluq etmək, nazını çəkmək, diqqətdə saxlamaq. Amma günün sonunda ortaya başqa sual çıxır, bəs bu kişiləri belə xüsusi qulluq rejiminə kim öyrəşdirir ? Yenə də xanımların özləri. Yəni, qadın şikayətçi olur, amma istehsalatı dayandırmır.Oğlum, oğlum deyib nəsə böyüdür.
Əsl konflikt isə, adətən, ailə qurulduqdan sonra başlayır. Kim kimə əsarət zənciri salacaq, qadınmı kişini, kişi qadınımı ? Sanki evlilik, gizli bir müharibə planıdır, biri taxta, digəri tac axtarır. Sonra problemlər şaxələnir, uşaq olmur,problem,
evin təminatı zəifdir, problem,
qaynata-qayınana təcrübəsi, super problem, sonda isə kişinin xəstiyyəti artıq partlayış.
Əslində, mənim sadə bir tövsiyəm var, evlənməzdən əvvəl tərəfin xarakterini öyrənin, ailəsini tanıyın, sonra bir yerdə yaşayın. Birlikdə yaşadığınız müddətdə isə, zəncirlərlə yox, sevgi ilə bağlanın. Çünki sevgi müqəddəs bir şeydir, heç bir ailə praktikası onu əvəz edə bilməz.
Əgər problem axtarırsınızsa, kişidə də taparsınız, qadında da. Amma əslində problem heç vaxt təkcə qarşı tərəf deyil, problem bəzən elə biz özümüzük.
P.S- İki tarixi sözüm var mənim. Xanım ata evində, atasına qoyulan hörməti ər evində tədbiq edir. Oğulda anasına qoyduğu hörməti xanımına göstərir.
Bax belə.....

Alxas.

Oxunub: 36
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az