Axmaq qadın kişinin yaxasından yapışar.



Axmaq qadın kişinin yaxasından yapışar.
Ağıllı qadın kişinin əlindən tutar.
Müdürük qadın isə kişinin yanında dayanıb onunla birgə həyat qurmağa çalışar.
Müdürük qadın hər kəsin nəsibi olmur.
Ağıllı qadın hər addımda rast gəlinmir.
Axmaq qadın isə çox vaxt gözə girir.
İndi lap itə tökdür. Ona görə də hər kəs xanımlar da, bəylər də diqqətli olmalıdır. Həyatınıza belələrinin buraxıb, bədbəxt etməyin özünüzü. 
Çünki həyat oyun deyil, ailə isə müqəddəsdir. Ailə məbədinə iti buraxmayın.
Ailə qurmaq sadəcə bir başlanğıc deyil, ömürlük məsuliyyətdir.
Ailənin gözəlliyi yolun əvvəlində deyil, sonuna qədər qoruna biləndə üzə çıxır.
Bunları eşidmişəm ki;
- Ağıllı qadın həyat yoldaşıdır, müdürük qadın ömür yoldaşı.
-Ailə təsadüfən qurulmur, zəhmətlə yaşadılır.
- Sevgi ailəni qurar, səbir ailəni qoruyar.
- Müdürük qadın kişi üçün deyil, kişi ilə birgə yaşayır.
- Həyat yoldaşı olmaq asandır, ömür yoldaşı olmaq çətindir.
P.S- Mən bərkədə dünyanın ən bəxtəvər insanıyam. Bilən başa düşdü....

----------------------------------------------------------------------------------------------------

Bilirsiniz, auditoriya qarşısında çıxış eləmək elə-belə iş deyil, adamdan bir az bacarıq istəyir. Mən də bir-iki dəfə belə təcrübə yaşamışam rəhbərlərin, deputatın, camaatın qabağında danışmışam.
Adam tribunaya çıxanda nədənsə bir az həyəcanlanır. Elə olur ki, ürəyindəki sözləri deyə bilmirsən, ya da başlayırsan böyük-böyük danışmağa. Onda da səmimiyyət itir. Çox adam da çıxışı kağızdan oxuyur, çünki mətn adamı xilas edir.
Mən müşahidə eləmişəm ki, çox çıxış edənlər mövzu barəsində dərindən danışa bilmir. Fakt deyirlər, amma heç bir emosiya olmur. Emosional danışanlar da var, amma onlar da tez-tez mövzudan yayınır, nəticədə boşboğaz kimi görünürlər.
Demək istəyirəm ki, tribuna qabağında danışmaq həm mövzunu bilmək, həm emosiyanı yerində işlətmək, həm də mövzudan yayınmamaq tələb eləyir. Bu da hər adamın bacarığı deyil, xüsusi bir məharətdir. Bir rəsmi yaltağ olmayasan, onda asandır....

--------------------------------------------------------------------------------------------------------------


Oxunub: 59
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az