Bozbaş Pikcers Şamaxı Olimpiya Mərkəzində növbəti seriyasını çəkirdi. Mənə də təklif elədilər ki, oraya bir-iki idmançı adam tapım. Mən Hikumət müəllimi razı saldım, sağ olsun, onun köməyi ilə o kadrlar da çəkildi. Bir neçə gün Bozbaş Pikcers komandası Şamaxıda, Olimpiya Mərkəzində çəkiliş apardı. Biz isə həmin vaxt zalda məşq edirdik.
Bu vaxt Nicat içəri girdi. Çox əsəbi idi, bütün bədəni tər içindəydi. Rejissorlardan kiminsə ona yaxınlaşdığını gördüm. Nicat isə, məni çəkilişə qatmayın, əl çəkin məndən, deyə əsəbiləşdi. Təsadüfən gəlib həmin vaxt zala girmişdi. Sonra gəldi, bizim yanımızda oturdu. Halı yaxşı görünmürdü.
Dedim, Ay Nicat, nə olub ? Problem var ? Gəl, keç, bir az dincəl.
Biz idman sahəsindən olduğumuza görə masajdan müəyyən anlayışımız var. Mən gördüm ki, Nicatın əzələləri gərginləşib. Dedim ki;
- Gəl, sənə bir az masaj eləyim, yüngülləşərsən.
Razılaşdı. Bir az masajdan sonra Nicat özünə gəldi, gərginliyi çıxdı. Mən də dedim;
- Nicat, get bir 2–3 dəqiqə gəziş, tam açılarsan.
O da gülümsəyib cavab verdi ki;
- Allah canını sağ eləsin! Sən elədiyin masaj məni tamam başqa hala saldı. Əsəbim də sakitləşdi, özümü də yaxşı hiss elədim. Çox sağol qaqam. Səninlə bir selfi çəkdirimdə.
Sonra hətta selfi də çəkdik. Beləcə, həmin gün belə bir xoş xatirə yarandı. Nicat isə, doğrudan da, çox super və gözəl bir aktyord.
Alxas.