Birazda THT müdrimdən yazım..
19 noyabr 2015 tarixini yaxşı xatırlayıram, həmin gün bizim İqbal müəllimlə tanışlığımız olub. O vaxt Qubaya məktəblilərlə birlikdə səfərə getmişdik, Quba zonasına. Bir həftə eyni otağı bölüşdük. Bir yerdə olduğumuz o səfərdə həm söhbətimiz, həm də münasibətimiz isindi. İqbal müəllimin yoldaşlığı superdi. Heç bir halda tərəfdaşını
yormaq istəmir, yaxşı həmsöhbətdir. Səfərdə bizim bir qidimiz vardı Ruslan müəllim. Onunlada yaxşı, səmimi yoldaşlığımız oldu.
Səfərdə məlum oldu ki, İqbal və Ruslan müəllimlər yaxşı boyliq oynayırlar. Yadımdadır ikisini arasında bir tennis yarışıda oldu. Sona qədər izləyə bilmədim, yuxum gəldi, gedib, yıxılıb yatdım. Səhər soruşdum ki, neçə oldu ? Heç biri nəticəni demədi. Məni yola verdilər ki, qardaşlıq uddu.
Sonralar, mən İqbal müəllimin evində də qonaq olmuşam. Elə bir səmimiyyətlə qarşılayıb ki, adam özünü yad yox, qohum evində hiss edir. Onlardan qayıdandan sonra, axşamüstü də üstəlik sürpriz çıxdı, hər ikimiz eyni toyda olduq. Yəni bir günün içində həm səfər yoldaşı, həm ev sahibi, həm də toy yoldaşı oldum. Belə “üçü birində” dostluq paketini yalnız İqbal müəllim bacarar.
O vaxtdan bəri gördüm ki, bu insan yoldaşlığı bacaran, yoldaşlığa qiymət verən bir şəxsiyyətdir. Qubada da, Xaçmazda da yanında olanda bunu hiss etdim. Yoldaşlıq onun üçün formal söz yox, yaşayış tərzidir.
Və indi həyat elə gətirib ki, İqbal müəllim Şamaxı THT liseyinin rəhbəridir. Rəsmi kağızlarda mənim bilavasitə müdürümdür. Amma işin maraqlı tərəfi də budur ki, dostum indi müdürüm çıxıb.
Nə deyim, hər ikimizin bir-birinə iş barəsində xeyri dəysin.
Oxunub: 38