Ay eynək, sən ki varsan, deməli mən də bir az yarımadam olmuşam.



Ay eynək, sən ki varsan, deməli mən də bir az yarımadam olmuşam. Əvvəllər gözüm quşu havada seçirdi, indi qarşımda duran yekə fili  tanımaq üçün səni burnumun ucuna qondarmalıyam. Sən olmasan, bəlkə də dünən salam verdiyim adamı bu gün yol polisi kimi saxlayaram, sən kimsən, niyə burada dayanırsan, deyə. Amma sən də çox biclik edirsən, ay eynək. Bilirsənmi ki, mənim evdəki demokratiyanı sən qoruyursan. Hər dəfə yeməyin duzlu olduğunu görməməyim sənin ümidinə qalıb. Ya da uşaqların məktəb qiymətini oxuyanda “5” ilə “3” arasındakı fərqi seçdirən də sənsən. Olmasan, hamısı alimdir gözümə. Dərman vaxtında isə sən məndən daha sədaqətlisən. Dizimdə güc qalmayanda, sən burnumun ucundan düşməyəsən deyə əllərimlə qoruyuram. Amma pis insanlarından rojasın görmürəm. Dizlərim gedib, saçlarım ağarıb, amma sən qalmısan. Əslində, evin içindəki ən etibarlı ailə üzvü sənsən, nə maaş istəyirsən, nə də giley-güzar.
Bircə qüsurun odur ki, düşəndə elə bir haray salıram ki, sanki dövlət çevrilişi olub. Bütün ailə səni axtarır, mən də canım çıxır, səni tapınca. Əslində isə, səni tapmayanda mənim hamıya verdiyim dərs budur ki, baxış bucağı olan adamın dostu da, düşməni də eynəkdir.
Sən mənim həm qocalığımın möhürü, həm də gəncliyimin xatirə albomuna açarısan. Bir sözlə, ay eynək, sən olmasan, mən hələ də gəncəm, sadəcə əlimdəki qəzetin yazılarını oxumadan cavan-cavan dərin düşünürəm.
İndi sən de görək, əslində mən qocalmışam, yoxsa sənsiz “cavanlığı görməyən” koram?

--------------------------------------------------------------------------------------------------------------------------

Ayıb olsun ifadəsi.
Azərbaycan dilində ayıb olsun ifadəsi tez-tez işlədilən, lakin müxtəlif situasiyalarda fərqli məna daşıyan sözdür. Əslində bu ifadə həm tənbeh, həm də məyusluq bildirən emosional bir müraciətdir.
Mənfi tərəfi budur ki, çox pis sözdür deməkdə haqlısınız. Çünki bəzən bu ifadə qarşı tərəfi təhqir etmək, onun şəxsiyyətinə toxunmaq üçün istifadə olunur. İnsanlar arasında münasibəti korlaya, hörməti azalda bilər. Məsələn, kütlə içində birinə ayıb olsun sənə demək, həmin adamı alçaltmaq kimi qəbul edilə bilər. Ən pisi isə, ayıb olsun, sənə tərbiyyə verən insana.
Müsbət tərəfi isə,
digər tərəfdən, bu ifadə nəsihət, ibrət və tərbiyə məqsədi ilə də işlədilə bilər. Xüsusən valideynlər övladlarına, müəllimlər şagirdlərinə ayıb olar”və ya ayıb olsun deyərkən onların hərəkətlərini düzəltmək, əxlaq dərsi vermək istəyirlər. Bu zaman məqsəd təhqir yox, maarifləndirmə olur. Bunuda hər qoyun başa düşmür. Əslində sözlər neytraldır, mənanı onlar yox, biz veririk. Ayıb olsun  ifadəsi də vəziyyətdən, tondan və kimə ünvanlanmasından asılı olaraq ya ədəb dərsi, ya da ağır təhqir kimi qəbul oluna bilər. Ona görə də, danışarkən bu ifadəni yerli-yerində işlətmək çox vacibdir. Yəni ləvərə atmayın...

Alxas.

----------------------------------------------------------------------------------------------------------


Oxunub: 40
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az